Red Bull 64 Bars NOTON prod. AMAL'
© Red Bull
Musiqi

Red Bull 64 Bars: NOTON prod. AMAL'

Milyonlarla dinlənilən mahnıların müəllifi, battle rap-in sərt səsi NOTON - Elvin Nəsirov Red Bull 64 Bars-da!
Red Bull tərəfindən yazılıb
dəq. oxuPublished on

3 dəq.

Red Bull 64 Bars: NOTON prod. AMAL'

Azərbaycan repində trendlər və nəsillər dəyişir. NOTON isə bu dəyişikliklərin içində müxtəlif rollarda görünməyi bacaran adlardan biridir: reper, müəllif, prodüser, menecer və battle rap-dən gələn MC.
Əsl adı Elvin Nəsirov olan NOTON-un replə tanışlığı Hüseyn Dərya, Elşad Xose, Ceza və Sagopa Kajmeri dinləməklə başlayıb. Özünün dediyinə görə, H.O.S.T. onda rep yazmaq istəyinin yaranmasına ciddi təsir göstərib. İlk səs yazısını isə 2011-ci ildə edib.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
Məqsəd: Repi daha böyük auditoriyaya çatdırmaq
Aslixanla birgə “Boş Şeylərdir”, eləcə də “Rəqs Edək”, “Bağışla, Allah”, “Yalnız Biriyəm” kimi solo treklər NOTON-un yaradıcılığının müxtəlif tərəflərini göstərir.
Amma onun musiqidəki izi yalnız mikrofon qarşısında görünmür. Ayaz Babayevin geniş auditoriyaya çatan “Ay Tənli Qadın”, “Sən Mənlə” və “Qara Gözlər” mahnılarının söz və musiqisinin arxasında da Noton M Kalibre imzası dayanır.
NOTON-un Azərbaycan repinə yanaşmasını isə öz sözləri daha yaxşı ifadə edir:
Quotation
Məqsədimiz böyük auditoriyaya çıxmaq və bu musiqini sevdirmək idi
NOTON
O, eyni zamanda bu gün Azərbaycan repinin inkişafı ilə bağlı məsuliyyətin onların çiyinlərinə düşdüyünü də vurğulayıb.
Yəni məqsəd yalnız şəxsi karyeranı böyütmək deyil - repi öz auditoriyasının sərhədlərindən çıxarmaq və daha çox insana çatdırmaqdır.
Bəs böyük auditoriyaya çıxmaq battle ruhundan uzaqlaşmaq deməkdirmi?
NOTON-un–Red Bull 64 Bars performansı bunun tam əksini göstərir.
Kalibr yenidən oyanır
NOTON

NOTON

© Red Bull

Red Bull 64 Bars-da nəqarət və klassik mahnı strukturu yoxdur.
Bir beat. Bir MC. 64 bar.
Belə formatda əsas yük sözün, flow-un, texnikanın və reperin xarakterinin üzərinə düşür.
NOTON isə məhz burada keçmişinə işarə edən bir bar səsləndirir:
“Kalibr 10 ildir yatmış vulkan, püskürür lava.”
Bu sətir təsadüfi görünmür. 2017-ci ildə battle rap səhnəsində Noton M Kalibre adı ilə çıxış edən Elvin Nəsirov illər sonra “Kalibr”i 64 Bars-da yenidən oyadır - bu dəfə sanki uzun müddət içəridə saxlanılan battle enerjisinin işarəsi kimi.
Və həmin enerji bütün performans boyunca hiss olunur.
“Beat üstündə high level takılaraq, düzürəm misket kimi rhyme-ları taktlara.”
Rhyme-lar, dəyişən flow və ardıcıl punchline-lar performansın əsas xəttinə çevrilir. NOTON təkcə “mən buradayam” demir - niyə burada olduğunu göstərir.
“Harada battle rap var, deməli, orada varam”
Performans sona yaxınlaşdıqca NOTON mövqeyini artıq açıq şəkildə ortaya qoyur. Ardınca isə 64 Bars-ın ən iddialı bəyanatlarından biri gəlir:
Quotation
AzRap bağdır, mən də tək bağbanam
NOTON
Bu iki sətir NOTON-un keçmişi ilə bu günü arasında körpü yaradır.
Battle rap-də Noton M Kalibre, geniş auditoriyaya çıxan treklər, başqa ifaçılar üçün yazılan mahnılar, prodüserlik və menecment — və illər sonra yenidən beat qarşısında battle dili ilə danışan NOTON.
Bir vaxtlar məqsədinin “böyük auditoriyaya çıxmaq və bu musiqini sevdirmək” olduğunu deyən reper üçün indi başqa bir sual yaranır:
Reper bütün bu dəyişikliklərin içində öz başlanğıcını nə qədər qoruyub saxlaya bilir?
NOTON-un Red Bull 64 Bars-da buna uzun cavabı yoxdur.
Beat başlayır.
Kalibr oyanır.
Qalanını 64 bar danışır.

Sözlər

Lala, lala, lala. Hanı mənim balam?!
Onu diri-diri yedim, çünki Kanibalam.
3 altını yatızdırdım, 31 xala.
Tas bitdi, tavan çöndü, əlin batdı, bala.
Bala, bala, bala, doğ pulu bura, bala.
Əsl dost o dostdur, dost şoka sala.
Ağa, lağ-lağa dedik, girmə o bağa.
Yenə tost qaldırıb qayıdırsınız, ala!
İstəyirəm dostuma Mercedes alam,
Düşmənimə əl uzadıb versə də salam.
Tək sual haqqınız var. Başqa suala
Cavab verə bilər yerimdə əgər başqası olsa.
Qardaşları xuliqandır, özü də avara,
Dalı bizə tərəf durur, üzü də divara.
Əgər vursam, yıxılacaq tək bir udara,
Gördüm, olmur və arxandakı dağı dağıdaram.
Yıxılarsınız irəli yox, baxsanız dala,
Ona görə qulaq verin ağsaqqala.
Görünürsə gözünüzə ağ sap, qara,
Demə, popsa stara. Oyna hops-topslara.
Balacaya əlin atıb götürdü şokolad,
Mənim adımdan görsən, * de şakala.
Vay o gündən, gedər əldən, rep deşik ola,
Təhsil musiqidirsə, repdir “şkola”.
Taxtını dar edirəm repdə krala,
Kalibr 10 ildir yatmış vulkan, püskürür lava.
Dünən diss atırdın, bu gün tüpürdüyünü yala,
Söz verirəm, sürüyəcəyəm, bürün ədyala.
İstəyirik uşaqlarla sənə hədiyyə alaq,
Minmişəm üstünüzə, hadi-hadi, yallah!
Görməmişəm, bilmirəm, kar, kor, lalam,
Qalxanım poladdandır, keçilməzdir qalam.
Siqareti bitib, düşüb paçkası, nola?
Roldan rola girib çıxmıram yola.
Konsertə bilet satıldımı? Bax fala.
Bilet satılmadı? Onda oxu boş zala.
Üstündən qır bir az, al, at dala.
Deyə-deyə bizi nökər etdiniz avukatlara.
Gah mıxa vurursunuz, gah da ki, nala,
Qara atlar hücum edir ağ atlara.
Nə gözəl qalxmışdınız! Haradan hara!
İndi gəzirsiniz küçə-küçə, bardan bara.
Girib çıxırsınız hər gün haldan hala.
Pul yoxdur deyə görüşürsünüz vardan vara.
Yıxılana baxıram ki, üzü-gözü yara,
Yol çəkən gözlər aparacaq lap uzaqlara.
Tək hesablaram, repi saplaram,
Bir gün partlaram. Yox deməyi öyrənək kiçik publara.
Deyirdiniz, baxıram ki, oldunuz baran,
Gecə-gündüz balet edin tək Rockstra.
Əmin olun, sizin bu gün ehtiyacınız var,
Mənim çevrəmdəki böyük ulduzlara.
Beat üstündə high level takılaraq,
Düzürəm misket kimi rhyme-ları taktlara.
Nə gərək var axı Biggie-lərə, Pac-lara?
Reper olmaq baxır bu gün atkatlara.
Çıxıb freestyle edəcəyəm podcastlara,
Keçim beat üstündə dərs rəqqaslara.
Reperlər mafiya olub, dinləyici vətəndaş,
Deməli, mən bu oyunda tək komissaram.
Reperlərlə bir arada ortam isti ola,
Belə şeylər yemir, göndər başqa stola.
Harada battle rap var, deməli, orada varam!
Azrap bağdır, mən də tək bağbanam.