Red Bull Dance Your Style Milli Final Zico
© Murad Orujov / Red Bull Content Pool
Rəqs

Red Bull Dance Your Style Dünya Finalı: Zico Firestar dünya səhnəsində

12 milli titul, təxminən 20 illik təcrübə və Red Bull Dance Your Style Azərbaycan çempionluğu. İndi Zico Firestar ölkəmizi dünya səhnəsində təmsil edəcək.
Red Bull tərəfindən yazılıb
dəq. oxuPublished on
Rəqs aləmində Zico Firestar kimi tanınan Xəyal Əmrullazadə Red Bull Dance Your Style yarışının Azərbaycanda keçirilən hər üç buraxılışında meydana çıxıb. 2025-ci ildə isə nəhayət qalib gəlib. İndi onu Sürix gözləyir.
Oktyabrın 24-də Sürixin məşhur «Hallenstadion» arenasında Red Bull Dance Your Style Dünya Finalı keçiriləcək. Bu il yarışın tarixində ilk dəfə olaraq evdə, ekran qarşısında oturan tamaşaçılar da qalibin müəyyənləşməsinə təsir göstərə biləcəklər. Yəni Ziconun taleyində sənin də payın ola bilər.
2025-ci il Red Bull Dance Your Style qalibi 9 avqust 2025-ci il tarixində Bakı, Azərbaycan şəhərində kubokla qələbəsini qeyd edir

Zico Firestar Red Bull Dance Your Style Azərbaycan Milli Finalında

© Murad Orujov / Red Bull Content Pool

Sürixdəki Dünya Finalı necə keçiriləcək?

Red Bull Dance Your Style təkbətək (1v1) freestyle rəqs yarışmasıdır. Rəqqaslar hansı musiqinin səslənəcəyini əvvəlcədən bilmir, münsif isə yoxdur – qalibi tamaşaçılar seçir.
Zico yarışa 21–22 oktyabrda keçiriləcək Pre-Finals (seçmə finallar) mərhələsində başlayacaq. Burada müxtəlif ölkələrin milli çempionları yarışır və hər mərhələnin ilk dördlüyü finala yüksəlir. 24 oktyabrda onlara xüsusi dəvət almış 8 rəqqas qoşulacaq və ən güclü 16-lıq «Hallenstadion» arenasında çempionluq uğrunda mübarizə aparacaq.

Bu il sənin səsin də nəticəyə təsir edəcək

Tarixdə ilk dəfə canlı yayımı izləyənlər də səs verə biləcək. Nəticənin 80%-ni məkandakı tamaşaçılar, 20%-ni isə rəsmi Red Bull Dance YouTube kanalındakı onlayn səsvermə müəyyənləşdirəcək. Gərgin «battle»larda məhz bu 20% həlledici ola bilər.
Final 24 oktyabrda Bakı vaxtı ilə saat 22:00-da başlayır. Canlı yayıma qoşul, səsvermədə iştirak et və sevimli rəqqaslarına dəstəyini göstər! Dostlarını da bu ritmə qatmağı unutma.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
Yeniliklərdən və nəticələrdən xəbərdar olmaq üçün @redbullaz və @redbulldance səhifələrini izlə!

Zico iki onillikdir rəqs meydanındadır

Zico təxminən 20 ildir hip-hop və freestyle rəqs edir. Hip-hop və «all styles» kateqoriyalarında 12 dəfə ölkə çempionu olub, Azərbaycanı xarici yarışlarda dəfələrlə təmsil edib. Meydandan kənarda isə 13 ildən artıqdır ki, məşqçi kimi çalışır və gənc rəqqaslar yetişdirir.

Zico Red Bull Dance Your Style yarışında üç dəfə iştirak edib

İl

Tədbir

Nəticə

2019

Red Bull Dance Your Style Azərbaycan

Ən yaxşı 4-lük

2023

Red Bull Dance Your Style Azərbaycan

16 finalçıdan biri

2025

Red Bull Dance Your Style Azərbaycan

Qalib

25 avqust 2019-cu ildə Heydər Əliyev Mərkəzinin parkında yarış Azərbaycanda ilk dəfə təşkil olundu. 16 rəqqasın qatıldığı «battle»larda Ziko iki mərhələni uğurla keçərək ən yaxşı dördlüyə daxil oldu. Həmin il finalda qələbəni Rayman qazandı.
Dörd il sonra Zico yenidən ölkənin ən yaxşı 16 rəqqası sırasında idi. 3 iyunda baş tutan yarışda qalib Malik oldu, Zico isə ölkənin ən güclü rəqqasları sırasında yerini bir daha təsdiqlədi.
9 avqust 2025-ci ildə yenə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən Milli Finalda Zico nəhayət çoxdan arzuladığı qələbəni qazandı. Heç bir ssenari, əvvəlcədən hazırlanmış hərəkət olmadan – yalnız improvizasiya və tamaşaçıların səsi. Məhz bu qələbə ona Azərbaycanın milli çempionu kimi dünya səhnəsinə çıxmaq hüququ qazandırdı.
Zico qalibiyyəti qeyd edir

Zico qalibiyyəti qeyd edir

© Murad Orujov / Red Bull Content Pool

Üç buraxılış, üç fərqli nəticə və hər dəfə yuxarıya doğru addım. Bu, səbrin və ardıcıl əməyin necə bəhrə verdiyinin bariz nümunəsidir.
Bakının açıq səmalı meydanından Sürixin nəhəng arenasına qədər uzanan yol Zico üçün illər çəkdi. İndi onun bu yolun ən parlaq səhnəsində necə çıxış edəcəyini görmək növbəsidir.