Futbol harada doğuldu?
Rəsmi qaydalar, hakim fiti, ağ xətlər… Bunların hamısı 1863-cü ildə Londonda kağıza köçürüldü. Amma futbol ondan çox-çox əvvəl var idi. Çin tarixçiləri eramızdan əvvəl 200-cü ilə aid "cuju" adlı top oyunundan bəhs edir. Orta əsr Avropasında isə küçə futbolu o qədər səs-küylü keçirdi ki, İngiltərə kralı II Edward 1314-cü ildə onu qadağan etmək məcburiyyətində qaldı. Yəni futbol heç vaxt yalnız stadionlara aid olmayıb. O, həmişə küçənin, asfaltın, daşdan düzəldilmiş qapıların oyunu olub.
Klassik futboldan nə ilə fərqlənir?
Adi futbol səbr oyunudur. 90 dəqiqə, geniş sahə, mütəşəkkil müdafiə xətləri. Komandalar çox zaman gözləyir, vaxt idarə edir, rəqibin səhvini ov kimi pusur. Red Bull Four 2 Score isə tamam başqa bir dil danışır. Cəmi 10 dəqiqə, 4×4 format, qapıçısız oyun. Gözləmək üçün vaxt yoxdur, arxaya pas vermək isə sənin əleyhinə işləyir.
Klassik oyunda bir oyunçu topa orta hesabla 2-3 dəqiqədə bir toxunur. 4×4 formatda bu rəqəm 3-4 dəfə artır. Yəni hər oyunçu daha çox qərar verir, daha çox məsuliyyət daşıyır, daha çox qaçır. Buna qapıçının olmaması da əlavə olunanda meydançada heç bir boşluğa yer qalmır.
Ən maraqlı fərqlərdən biri isə "double point" qaydasıdır. Oyunun ilk və son dəqiqəsində vurulan qollar 2 xal sayılır. Bu o deməkdir ki, matçın heç bir anında skoru sabit hesab etmək olmaz. Son saniyəyə qədər hər şey açıq qalır.
Niyə bu format oyunçunu inkişaf etdirir?
Dar sahə beyni sıxışdırır. Amma məhz bu sıxışma oyunçunu gücləndirir. Alternativ düşüncə, sürətli qərar, dar məkanda texniki iş. Bunlar küçə futbolunun oyunçuya verdiyi əvəzsiz töhfələrdir.
Red Bull Four 2 Score məhz bu mühiti yaradır. Qaydalar sadədir, sahə kiçikdir, vaxt azdır. Qalanı tamamilə sənin bacarığından asılıdır!
Səni 2 regionda keçiriləcək kvalifikasiya mərhələləri gözləyir. Ən güclü komandalar isə Bakıda Milli Finalda üz-üzə gələcək.
- 19 aprel - Lənkəran, Raypo Arena
- 26 aprel - Gəncə, AzFar (Heydər Əliyev Parkı)
- 1, 2, 3 may - Bakı AzFar, Əhmədli
- 9 may - Milli Final, Bakı, Avropa Oyunları Parkı
Hələ qeydiyyatdan keçməmisənsə, indi tam vaxtıdır!