Unutma: bu yarış yalnız güc yarışı deyil. Burada düzgün texnika, komanda sinxronluğu, fərdi dözümlülük və ağıllı strategiya həlledici rol oynayır.
Hazırsansa, ilk mərhələdə səni hansı tapşırıqların gözlədiyinə birlikdə baxaq!
A BLOKU: Güc və iradə qarşıdurması
Deadlift 3RM Challenge
Komandadakı hər 4 idmançı maksimum 3 təkrarlıq “deadlift” icra etməlidir. Hər komandaya cəmi 2 ştanq verilir. Bölüşmə isə onların taktiki düşüncəsinə qalır. Düzgün texnika, yükün ağırlığı və komandadaxili kordinasiya bu yarışda vacib rol oynayır.
B BLOKU: Dayanıqlılıq və sinxronluq testi
Burada artıq fərdi performans yetərli deyil. Bütün komanda tam sinxron şəkildə işləməlidir. Komanda yoldaşlarınla aranızdakı sinxronu artırmaq üçün bəlkə də bu gündən daha çox görüşməyə başlasanız yaxşı olar.
2KM SKI ERG
Komandaya verilən tapşırıq sadədir sadəcə 2 kilometr məsafə. Amma bölüşdürmə, istirahət ardıcıllığı və tempin qorunması tam sənin və komanda yoldaşlarının strategiyasına bağlıdır. İstəsən, bir nəfər bütün məsafəni tək də gedə bilər, istəsən isə bölgü apararaq məsafəni aranızda bölə bilərsiniz. Tam azadlıq və məsuliyyət sənin əlindədir!
40 Sinxron Front Squat
Dambıllarla ön “rack” mövqeyində 40 tam sinxron oturub-qalxma zamanı komandada bir nəfərin ritmdən çıxması hər şeyi poza bilər. Komanda yoldaşlarınla birlikdə enerjinizi və zamanlamanızı düzgün idarə etməlisiz.
40 Sinxron Burpee
Bütün idmançılarda eyni anda sinə və ayaq yerə toxunmalıdır, ardınca eyni anda dik qalxıb tullanmalıdırlar. Sanki bir nəfərmiş kimi hərəkət etməlisiniz, yoxsa “No Rep” gələcək.
40 Sinxron Shoulder to Overhead
Dambıllar çiyindən başın üstünə sinxron şəkildə qaldırılmalıdır. “Push Press” icazəlidir, amma hamının başı eyni anda göyə baxmalıdır.
Strategiya hər şeydir
Hərəkətlərin sırası və məşqlərin bölüşdürülməsi tamamilə komandanın öz qərarına buraxılıb. İstədiyiniz zaman dəyişiklik edə bilərsiniz, amma unutmayın ki, sinxron itəndə təkrarlar hesablanmır.
Oyuna hazırsan?
Red Bull Gym Clash 2025-də qalib gəlmək üçün təkcə güclü olmaq bəs etmir. Sinxron, davamlılıq və düzgün taktika sənə zəfər qazandıra bilər. Unutma ki, bu, sadəcə fiziki yox, zehni və komandadaxili bağlılıq sınağıdır. Komanda olmaq eyni formanı geyinmək deyil, eyni ritmdə nəfəs almaqdır.
Hazırsan? 25 may tarixində GYM CLASH 2025 səhnəsində komandanla birgə səni gözləyirik!