Red Bull Gym Clash Milli Final
© Red Bull
Fitnes

Bakıdan Dünya Finalına: Red Bull Gym Clash-in qalibi bəlli oldu

Doqquz komanda, gərgin mübarizə və Dünya Finalına aparan bir qələbə. “Vikings Hammer” Red Bull Gym Clash Azərbaycan Milli Finalında çempionluq titulunu qoruyaraq ardıcıl ikinci dəfə zirvəyə yüksəldi.
Red Bull tərəfindən yazılıb
dəq. oxuPublished on
Sentyabrın 13-də Dəniz Mall Ticarət Mərkəzinin qarşısındakı meydanda Red Bull Gym Clash Azərbaycan Milli Finalı baş tutdu.
Ölkənin doqquz fitnes zalını təmsil edən komandalar güc, sürət, dözümlülük və çeviklik tələb edən müxtəlif sınaqlarda üz-üzə gəldilər. Yarış iştirakçıların yalnız fiziki hazırlığını deyil, həm də komanda işi, strategiya və təzyiq altında düzgün qərarvermə bacarıqlarını sınağa çəkdi.
Gərgin mübarizənin sonunda kapitan Fuad Əliyevin rəhbərlik etdiyi “Vikings Hammer” komandası rəqiblərini qabaqlayaraq Red Bull Gym Clash Azərbaycan Milli Finalının qalibi oldu.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
Nikita Qorşkovun kapitanı olduğu “BeFit” komandası ikinci, Salman Atayevin rəhbərlik etdiyi “4Life” komandası isə üçüncü yeri tutdu.
Yarışın ilk anlarından etibarən komandalar arasında güclü rəqabət yaşandı. Hər bir tapşırıqda sürət və fiziki güclə yanaşı, vaxtın düzgün idarə olunması, komanda üzvləri arasında koordinasiya və doğru strategiya həlledici rol oynadı. Son ana qədər davam edən mübarizə Milli Finalın qalibini müəyyənləşdirdi.
Red Bull Gym Clash Azərbaycan

Red Bull Gym Clash Azərbaycan

© Murad Orujov

Ardıcıl ikinci çempionluq

“Vikings Hammer” ötən il qazandığı uğuru təkrarlayaraq ardıcıl ikinci dəfə Red Bull Gym Clash Azərbaycan çempionu oldu. Komanda bununla da çempionluq titulunu qorudu və Azərbaycanı Red Bull Gym Clash Dünya Finalında təmsil etmək hüququ qazandı.
İndi “Vikings Hammer”ı daha böyük sınaq gözləyir. Komanda Dünya Finalında müxtəlif ölkələrdən gələn güclü rəqiblərlə qarşılaşaraq dünyanın ən güclü fitnes zalı adı uğrunda mübarizə aparacaq.
Red Bull Gym Clash Milli Final

Red Bull Gym Clash Milli Final

© Murad Orujov

Bakıdan dünya səhnəsinə

Meydanda mübarizə aparan hər bir komanda öz gücü, əzmi və komanda ruhu ilə qalib idi. “Vikings Hammer” isə Bakıdakı qələbəsini Misirdə keçiriləcək Dünya Finalında davam etdirmək üçün dünya səhnəsinə yollanır.
Tədbir “PASHA Malls”ın təşkilati dəstəyi və “CBC Sport”un media tərəfdaşlığı ilə həyata keçirilib.
Red Bull Gym Clash Milli Final

Red Bull Gym Clash Milli Final

© Murad Orujov