Red Bull Gym Clash 2025
© Elmir Kerimov
Fitnes

Red Bull Gym Clash qalibləri bəllidir

25 mayda EGP Arena əsl idman atmosferi ilə doldu. Fərqli idman zalları eyni məkanda bir araya gəlib güclərini və komanda işini nümayiş etdirdilər.
Red Bull tərəfindən yazılıb
1 min readPublished on
Yarışın sonunda ilk üçlük belə formalaşdı: birinci yerə Vikings Hammer, ikinci yerə 1st Fitness, üçüncü yerə isə Gənclik İdman Kompleksi yüksəldi. Komandalar sona qədər mübarizədən geri çəkilmədi və hər an uğur üçün çalışdı.
Red Bull Gym Clash 2025

Red Bull Gym Clash 2025

© Elmir Kerimov

Bu unikal yarış DJEVO Sport brendinin və Su İdman Sarayının dəstəyi ilə keçirildi.
Üstəlik, yarışa İordaniyadan gələn CrossFit məşqçisi Amin Atallah da qatıldı. O, iştirakçılarla meydanda bərabər idi, onlara həm dəstək oldu, həm də motivasiya verdi. Onun varlığı yarışa ayrı bir hava qatdı.
Amin Attalah

Amin Attalah

© Elmir Kerimov

Tribunalar dolu idi, temp yüksək, alqışlar isə dayanmırdı. Hər kəs bu atmosferdən zövq aldı — yarış sadəcə güc yox, həm də birgə hədəfə doğru getməyin nümunəsi oldu.
İndi isə bütün diqqətlər oktyabra yönəlib: Vikings Hammer komandası, 2–5 oktyabr tarixlərində Yunanıstanda keçiriləcək Dünya Finalında ölkəmizi təmsil edəcək! Bu möhtəşəm səhnədə ABŞ, BƏƏ, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrin ən güclü komandaları bir araya gələcək.
Red Bull Gym Clash 2025

Red Bull Gym Clash 2025

© Elmir Kerimov

Azərbaycanın adını beynəlxalq arenada ucaldacaq Vikings Hammer komandasına bol uğurlar!