Laura Horváth seen during training in Budapest, Hungary on April 10, 2024.
© Balazs Palfi/Red Bull Content Pool
Atletika

Red Bull Gym Clash Yarışına Hazırlaşmaq Üçün Nələr Etməlisən?

Dözümlülük, güc, komanda işi və taktika! Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq idman yarışında yalnız ən güclülər qalib olacaq. Bəs sən yarışdan qabaq hazırlıq görmüsən?
Gülnur Ələkbərova tərəfindən yazılıb
dəq. oxuPublished on
Nə? 24 saat? Bəli! Yarışdan əvvəl 24 saatlıq plan qur
Yarışdan 24 saat əvvəl daha çox ağırlıq qaldırmaq yox, enerjini qorumaq ön plandadır. Çünki qələbəni ən çox tərləyən yox, ən ağıllı tempdə yarışan qazanır. Bu mərhələdə məşqlərini yüngülləşdir, artıq yükləmələrə son ver. Hətta yüngül hərəkətlərə vaxt ayıra bilərsən. Bu zaman bədənin rahatlayacaq, yarışdan əvvəl zədələnmə riskin azalacaq.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
Əzələlərinin elastikliyini qorumağa çalış, çünki bu, yarış zamanı performansını birbaşa təsir edir. İndi məqsəd məşq etmək deyil, içindəki özünü toplamaq və yarışa hazır olmaqdır . Ona görə də yarışdan əvvəlki son 24 saatı ağıllı idarə et.
Komandanı şahmat kimi düşün
Hikaru Nakamura 21 oktyabr 2016-cı ildə ABŞ-ın Virciniya ştatının Vilyamsberq şəhərində yerləşən ABŞ Prezidentlərinin heykəlləri arasında ayaqüstə şahmat oynayır.

Şaxmat

© Ben Franke/Red Bull Content Pool

Komanda daxilində aydın rol bölgüsü edənlər, yəni kimin kardioda, kimin ağırlıq və güc mərhələlərində daha üstün olduğunu öncədən müəyyənləşdirənlər daha sabit və effektiv nəticə göstəriblər. Bu bir turnirdir və hər mərhələdə doğru insan doğru anda öndə olmalıdır. Qazanmaq üçün təkcə güclü olmaq yox, ağıllı bölgünü etmək də vacibdir.
Mental hazırlıq: Qalib olmadan əvvəl, qalib kimi düşün
And the winner is....

And the winner is....

© Nika Kramer

Musiqini aç, gözlərini yum, səhnəni təsəvvür et. İdmanda zehni hazırlıq ən az fiziki hazırlıq qədər vacibdir. Hədəfə fokuslan, komandana güvən və özünə inamı yüksəlt. Əzələlər qədər beynin də məşqə ehtiyacı var. İndi ən ağıllı addım beyində simulyasiya yaratmaqdır. Gözlərini yum və özünü yarışda təsəvvür et. Məşqlər, musiqi, izdiham və qələbə anı! Bu təsəvvürlər beynini yarışa alışdırır, stressi azaldır, inamını artırır. Beyin tanımadığı heç nəyi rahat yaşaya bilmir. Ona görə yarışa əvvəlcə düşüncədə qalib gəl! Bu həm motivasiyanı artıracaq, həm də yarışdan əvvəlki həyəcanını azaldacaq.
Qidalanmanı yarışa uyğunlaşdır
daniel chan food

daniel chan food

© [unknown]

Son 2-3 günün menyusu sadə olmalıdır, amma məqsədyönlü. Axşamlar yüngül karbohidrat məsələn, bulqur və ya şirin kartof yeyə bilərsən. Səhərlər isə proteinə fokuslan. Yumurta, kəsmik, toyuq əti ideal seçimdir. Yarışdan bir gün əvvəl duzlu yeməklərdən uzaq durmaq lazımdır. Qidalanmağına diqqət etməyi tövsiyə edirik.
Yuxunu ciddiyə al!
Yaxşı performansın açarı keyfiyyətli yuxudur. Əzələlərin qədər beynin də istirahətə ehtiyac duyur. Düşünmək, reaksiya vermək və ritm saxlamaq da bu oyunun parçasıdır. Yarışa 3-4 gün qalmış gecə 7-8 saatlıq yuxu rejimini qur. Yorğun bədənlə qalib gəlmək çətindir. Ona görə də məşq qədər yuxuya da ciddi yanaş. Qalib performans keyfiyyətli yuxudan başlayır!
Başqa ölkələrdə vəziyyət necədir?
Red Bull Gym Clash 2025 Box Step-Overs Imagery

Red Bull Gym Clash 2025

© Joerg Mitter

Red Bull Gym Clash səyahətinə start verdi və ən güclülərin qarşılaşacağı arenalar artıq bəllidir! Turnirin ilkin mərhələləri müxtəlif ölkələrdə keçiriləcək və komandalar öz güclərini nümayiş etdirmək üçün bir-biri ilə yarışacaqlar.
İlk dayanacaq 25 may tarixində Bakıda olacaq və ölkəmiz bu möhtəşəm turnirə ev sahibliyi edəcək. 30 mayda Qətər, 31 mayda isə Misirdə yarışlar davam edəcək. Yarış təqvimi iyunun 20-də Küveytdə, 28-də Birləşmir Ərəb Əmirlikləri və Tayvanda olacaq. ABŞ-da növbəti dayanacaq 11 iyulda Mayami şəhərində olacaq. Red Bull Gym Clash 2025 2 oktyabrda baş tutacaq dünya finalı ilə tamamlanacaq. Dünya Finalı isə mərhələsinin Yunanıstanda keçiriləcək.
Əgər bu inanılmaz anın bir parçası olmaq, ən güclülərin qarşılaşmasını canlı izləmək istəyirsənsə, 25 may saat 15:00-da EGP Arenada səni gözləyəcəyik!