Participants perform during Red Bull Half Court World Final in Cairo, Egypt on October 1, 2022.
© Markus Berger/Red Bull Content Pool
Basketbol

Bu Basketbol Meydançaları Səni Qələbəyə Ruhlandıracaq

Red Bull Half Court 2023 yarışı dünyanın hər yerində keçirildiyi üçün yerli basketbol mədəniyyətini əks etdirən yenilənmiş basketbol meydançaları bu yarışın bir hissəsi hesab olunur.
Trish Medalen tərəfindən yazılıb
6 min readPublished on
Bu məqalədə sən oyunçuların öz məharətini göstərə biləcəyi meydançalarla tanış olacaqsan.
  1. Melburn, Avstraliya
  2. Manhaym, Almaniya
  3. Laqos, Nigeriya
  4. Roma, İtaliya
  5. Ankona və Rimini, İtaliya
  6. Praqa, Çex Respublikası
  7. Bolonya, İtaliya
  8. Lozanna, İsveçrə
  9. Novi Sad, Serbiya
  10. İstanbul, Türkiyə
  11. Qahirə, Misir
  12. İdmançıların meydança layihələri
Adi basketbolun daha sürətli və daha templi versiyasına əsaslanan Red Bull Half Court yarışı basketbol mədəniyyətinə həsr olunmuş qlobal bir turnirdir. Bu turnirin keçirilməsində basketbol mədəniyyətinin bütün xırdalıqları, yəni oyun və geyim tərzindən tutmuş meydança incəsənətinə və musiqisinədək hər bir xırdalıq nəzərə alınır. Hazırda bütün dünyada bu turnirin seçmə oyunları keçirilir. 2022-ci ildə bu turnirin oyunları yalnız yeni örtük və avadanlıq deyil, həm də yerli rəssamların əsərləri ilə yenilənən və uzun illər boyu hər kəsə zövq verəcək meydançalarda keçirilib. Onları sənə təqdim edirik.
01

Melburn, Avstraliya

Prahran Parkındakı bu meydança Avstraliyanın ən mükəmməl açıq basketbol meydançası hesab olunur. 15 il istifadə olunduqdan sonra yenilənmiş meydança heç zaman belə gözəl olmayıb. Melburnun alış-veriş və əyləncə bölgəsinə yaxın bu məkanda xarici qonaqlar və şəhərin hər yerindən gəlmiş basketbol həvəskarları ilə qarşılaşsan, təəccüblənmə.
Avstraliyanın Melburn şəhərindəki yenicə təmir edilmiş basketbol meydançasında keçirilir

Red Bull Half Court

© Samuel Costin/Red Bull Content Pool

02

Manhaym, Almaniya

Nekar çayının sularının basdığı meydançanı yeniləmək məqsədilə rəssam Florian Butke təxminən 1000 kvadrat metr ərazinin üzərində bir dizayn yaradıb. Turnir keçirildikdən sonra bu məkan yenidən populyar bir oyun meydançasına çevrilib. Rəssam deyir: "Bu meydança yenidən insanların toplaşdığı, istirahət etdiyi və birlikdə basketbol oynadığı bir məkan olub".
Almaniyanın Manhaym şəhərindəki basketbol meydançası

Almaniyanın Manhaym şəhərindəki basketbol meydançası

© Daniel Schulz/Red Bull Content Pool

03

Laqos, Nigeriya

Nigeriyanın Laqos ştatının paytaxtı İkeca şəhərinin Ndubisi Kanu Parkındakı basketbol meydançasının bərpasında Afrikanın ən istedadlı qrafiti rəssamlarından biri Osa "Seven" Okunpolor-un əməyi çox olub. O, basketbolun sıçrama, atılma, topla aldatma incəsənəti olduğuna inanır və düşünür ki, meydança bunu əks etdirməlidir.
Yuxarıdan baxdıqda sən meydançada oynayan basketbolçunun təsvirini görə bilərsən: bir əlində top, digər əli ilə qoruyucu hərəkət edir, divarlarda isə qanadlar var. Yenilənmədən əvvəl bu basketbol meydançası çox aşınmışdı: kənarlarda tor yox idi, xətlər solmuşdu və səth basketbol üçün demək olar ki, yararsız hala gəlmişdi. Oyunçuların bu meydançada oymamağa həvəsi yox idi. Lakin bunun hamısı artıq tarixə qovuşub.

3 dəq.

Öz Meydançanı Qur

Nigeriyanın İkeca şəhərindəki yeni təmir edilmiş basketbol meydançasına əlavə etdiyi qrafiti rəsmlərini nümayiş etdirən yerli rəssam Osa Sevenə qoşul.

04

Roma, İtaliya

İtalyan rəssamı PİSKV [əsl adı Francesco Persichella] Romanın Scalo San Lorenzo ərazisindəki meydançanın yenilənməsində mühüm rol oynayıb. Meydançanı yeni sənət əsərləri ilə bəzəmək üçün PİSKV yerli könüllülərlə əməkdaşlıq edib. Meydançanı məşhur Roma Kolizeyinin ərazisində səbətə top atan bir oyunçu təsviri bəzəyir. Təxminən 800 kvadrat metr ərazini əhatə edən bu meydança Avropanın ən iri basketbol meydançalarından biridir. Bu meydança İtaliyanın paytaxtında keçirilən 2021 Red Bull Half Court Dünya Finalına ev sahibliyi edib.
Romanın Scalo San Lorenzo meydançasına yeni nəfəs verib

İtalyan rəssamı PİSKV

© Gabriele Seghizzi/Red Bull Content Pool

05

Ankona və Rimini, İtaliya

İtaliyanın gözəl Adriatik sahilində 2022-ci ildə Red Bull Half Court yarışının seçmə oyunlarının keçirildiyi məkanda iki meydança var. Onlardan biri Ancona limanında Gianmarco "2emme" Olivieri tərəfindən layihələndirilən və Federico Zenobi və Nicola Canarecci tərəfindən yaradılan heyrətamiz qorilla təsvirli meydançadır. Bu meydança 2021-ci ildə Red Bull Half Court Italy Çempionatını qazanan Silverback komandasının məşq məkanıdır.
Digəri isə Rimini şəhərinin Piazzale Kennedy adlı dənizkənarı ərazisində yerləşir. Çox gözəl ab-havası olan bu meydança Emanuele "Rems182" Ronco və Mauro "Mauro149" Italianonun Truly Design rəssamlar qrupunun əsərləri ilə bəzədilmişdir. Dünyanın digər yenilənmiş basketbol meydançaları kimi, bu meydançalar da 2022-ci ildə Red Bull Half Court Dünya Finalının rəsmi təchizatçısı Mapei şirkətinin keyfiyyətli məhsulları ilə təchiz edilib.
İtaliyanın Rimini şəhərindəki dənizkənarı meydança

İtaliyanın Rimini şəhərindəki dənizkənarı meydança

© Red Bull Content Pool

06

Praqa, Çex Respublikası

Praqada keçirilən Çex milli finalına ev sahibliyi edən meydança tamamilə yenilənmişdir. Əvvəlki meydançadan burada demək olar ki, yalnız xatirələr qalıb. Prazaçka ərazisində Tomas Satoransky-nin adını daşıyan bu meydançada onun davamçılarının necə yetişdiyini görmək istəyirsənsə, mütləq buraya gəlməlisən.
Hazırda Prazaçkadakı meydança məhz belə görünür

Hazırda Prazaçkadakı meydança məhz belə görünür

© Lukáš Wagneter/Red Bull Content Pool

07

Bolonya, İtaliya

Digər bir yenilənmiş basketbol meydançası İtaliyanın Bolonya şəhərində yerləşir. Garden Graziella Fava ərazisindəki bu bərpa olunmuş meydança su tanrısı Neptunun iri təsviri ilə bəzədilmişdir. Bir neçə mükafat qazanmış Truly Design rəssamlar qrupu bu işi təxminən 80 müxtəlif əsilli gəncdən ibarət Regaz dei Fava birliyi ilə birgə görmüşdür. Burada əsas məqsəd bu ərazini istirahət, əyləncə və basketbol məkanına çevirmək olub.
Son dəfə Neptun Bolonyadakı meydançada görüntülənib

Son dəfə Neptun Bolonyadakı meydançada görüntülənib

© Nicola Venturi

08

Lozanna, İsveçrə

Lozannaya olan sevgisini nümayiş etdirmək istəyən freska rəssamı Serge Lowrider Bowl de Vidy-dəki bu basketbol meydançasına xüsusi üslub və gözəllik verib. Bura gələndə öz skeytbordunu və basketbol topunu gətirməyi unutma: bu meydança İsveçrədəki ən böyük skeytparkın bir hissəsidir.
Lozannanın "Bowl de Vidy" ərazisindəki basketbol meydançası

Lozannanın "Bowl de Vidy" ərazisindəki basketbol meydançası

© Ondrej Kolacek/Red Bull Content Pool

09

Novi Sad, Serbiya

Yerli rəssam Lena Yankov bu dizaynı yaratmaq fürsətini "xəyalların gerçəkləşməsi" adlandırır və bu rəngarəng meydançada hər kəsin oynamaq istəyəcəyinə ümid etdiyini söyləyir. Daha çox motivasiya istəyirsən? Novi Sad-dakı meydançada oynadığın zaman unutma ki, bura 3x3 basketbolunun dahisi böyük Dusan Bulutun məşq etdiyi meydançadır.
Novi Sad meydançasında məşq edən Dusan Bulut

Novi Sad meydançasında məşq edən Dusan Bulut

© Predrag Vuckovic/Red Bull Content Pool

10

İstanbul, Türkiyə

İstanbullu freska rəssamları Sins və Mert Tugen Kadıköy Yoğurtçu Parkındakı qurulan bu meydançanı birlikdə bəzəyib. Burada oynayan zaman unutma ki, bura yalnız Red Bull Half Court yarışının qaliblərinin oynadığı meydança deyil, həm də iki qitəni (Avropa və Asiya) birləşdirən dünyanın bir neçə şəhərindən biridir.
İstanbuldakı yenilənmiş basketbol meydançasını ağaclar əhatə edir

İstanbuldakı yenilənmiş basketbol meydançasını ağaclar əhatə edir

© Nuri Yılmazer/Red Bull Content Pool

Türkiyədə olarkən Red Bull Half Court yarışının təşkilatçıları Mural İstanbul Festivalı ilə birgə ölkənin üç meydançasını yeniləyib. Dizayner və freska rəssamı Max On Duty İstanbulun Abbas Ağa parkındakı meydançanın bərpasında ilhamını yerli Sinan Güler əfsanəsindən alıb. Ankaranın Annitepe Parkındakı meydançanı qrafiti rəssamı Esk Reyn öz əlvan şah əsərləri ilə bəzəyib. Bursanın Hüdavendigar Kent Parkındakı meydançanın mücərrəd təsvirləri isə küçə rəssamı Mr. Harry-nin yaradıcılığının məsuludur.
Ankaradakı basketbol meydançası oyuna hazırdır

Ankaradakı basketbol meydançası oyuna hazırdır

© Barış Acarlı/Red Bull Content Pool

Möhtəşəm İzmir meydançası

Möhtəşəm İzmir meydançası

© Mahmut Cinci/Red Bull Content Pool

11

Qahirə, Misir

Basketbol oyunçuları və izləyiciləri üçün yaradılmış daimi meydançalarla yanaşı, Misirli rəssam Əhməd (aka Nofal O) Nofal xüsusi olaraq 2022-ci ildə Qahirədə keçirilən Red Bull Half Court yarışının Dünya Finalı münasibətilə müvəqqəti meydança layihələndirib. Qiza ehramlarının yaxınlığındakı bu basketbol meydançası yalnız turnir üçün qurulsa da, gərgin final oyunlarının gözəl və unudulmaz xatirələri uzun müddət basketbolçuları ilhamlandıracaq.

22 dəq.

Ball is Life: Ehramlarda 3x3ə hesablaşma

Giza Ehramları dünyanın ən böyük 3x3ə basketbol turnirinə ev sahibliyi edib.

Red Bull Half Court yarışında iştirak etmək bu səhnələrdə keçirilən dünya final mərhələsində çıxış etməyin yeganə yoludur. Növbəti yarış haqqında ətraflı məlumatla sən burada tanış ola bilərsən.
12

Meydança dizaynları

Rəssam PİSKV başqa bir layihə çərçivəsində Dusan Bulut, Joey 'King Handles' Haywood, Paul Gudde, Li Tsz Kwan və Jamad Fiin kimi tanınmış oyunçuların xəyallarındakı meydançaları canlandırmağa kömək edib. Hər hansı bir ideyanı rəqəmsal formatda əks etdirməzdən əvvəl PİSKV əllə onun bir neçə eskizini yaradıb.

1 dəq.

Rəssam Francesco Persichella-nın Red Bull Half Court dizaynları

PİSKV ləqəbli İtalyan küçə rəssamı Francesco Persichella xəyallardakı basketbol meydançaları yaradır.

Bu hekayənin bir hissəsi

Red Bull Half Court

The world's most global streetball tournament returns as the very best 3on3 basketball teams battle it out worldwide for Red Ball Half Court 2024.

2 Tour Stops

Ball is Life: Ehramlarda 3x3ə hesablaşma

Giza Ehramları dünyanın ən böyük 3x3ə basketbol turnirinə ev sahibliyi edib.

22 dəq.