Oyunçunun emosiyası
© Pregan Pillay/Red Bull Content Pool
Oyunlar

Red Bull Tetris® Tetrimino Necə Oynanılır?

Tetrimino-larla və xüsusi Qızıl Tetrimino ilə tanış ol və oyununu növbəti səviyyəyə qaldır!
Benjamin Saldias tərəfindən yazılıb
6 min readPublished on
Red Bull bu dəfə dünyanın ən tanınmış oyunlarından birini – Tetris®-i fərqli formatda təqdim edir.
Red Bull Tetris® sadəcə əyləncə deyil – bir yarış, bir sınaq və Dubaya gedən yolun başlanğıcıdır.
Hər şey sadə başlayır: telefonunu götür, linkə daxil ol və oyuna başla. İlk oyundan sonra nəticəni qeyd et və qeydiyyatdan keç ki, adın liderlər lövhəsində yazılsın. Bu, sənin yol xəritənin ilk addımıdır.
Sonra isə əsl mübarizə başlayır. 29 oktyabra qədər oynamağa davam etməlisən – çünki hər an kimsə sənin yerini tuta bilər. Liderlər lövhəsində qalmaq üçün çalış, rekordunu yenilə, adını TOP 8-də saxla.
Və o gün gələcək: 2 noyabr 2025. Milli Finalda ən güclü 8 oyunçu bir kompüter arxasında üz-üzə gələcək. Bir-birinə qarşı döyüşəcək və yalnız biri qalib olacaq.
Qalib isə Azərbaycandan Dubaya yollanacaq – Dünya Finalına. Orada minlərlə dron yüzlərlə oyunçu və sənin ölkəni təmsil etmək şansın olacaq.
Uğur qazanmaq istəyirsənsə, oyunu yaxşı tanımaq vacibdir. Tetrimino-lar haqqında çox danışılır — bəs əslində onlar nədir və oyun taktikanı qurmaqda sənə necə kömək edə bilər?
Sadə dillə desək, Tetriminolar Tetris oyununun əsas fiqurlarıdır. Hər biri müəyyən hərfi xatırladan formada olur: I, O, T, S, Z, J və L. Red Bull Tetris versiyasında isə onlara əlavə olaraq xüsusi Qızıl Tetrimino da daxildir.
Bu fiqurlar sadəcə blok deyil – hər biri fərqli oyun üslubunu əks etdirir. Bəziləri səni çətin vəziyyətdən çıxara, digərləri isə sənin strateji bacarığını ön plana çıxara bilər. Oyunda irəliləmək üçün bu formaları tanımaq və düzgün anda düzgün fiquru yerləşdirməyi bacarmaq əsasdır.
01

I-Tetrimino

The Red Bull Tetris® I-Tetrimino

The Red Bull Tetris® I-Tetrimino

© Red Bull

Sakit və təmkinli görünür, amma doğru anda oyuna daxil olaraq hər şeyi dəyişə bilir. Təzyiq altında soyuqqanlı qalmaq, fürsəti gözləmək və ən uyğun anı seçmək onun güclü tərəfləridir.
I-Tetrimino diqqətlə planlaşdırılmalı fiqurdur. Düzgün zamanda yerə düşdükdə, dörd xətti birdən silmək mümkündür – bu da Tetris™ Line Clear nəticəsi ilə mükafatlandırılır. Yüksək təsirli, amma səssiz bir güc — məhz oyunun gedişatını dəyişdirən fiqur budur.
02

Z-Tetrimino

The Red Bull Tetris® Z-Tetrimino

The Red Bull Tetris® Z-Tetrimino

© Red Bull

Qaydaları pozmaq kimi bir niyyəti yoxdur, sadəcə öz axarı ilə gedir. Spontan, cəsarətli və bir az da gözlənilməzdir. Hər dəfə nə edəcəyi bilinməsə də, bəzən elə qəribə yerlərdə böyük işlər görür ki, heç kim gözləmirdi.
Z-Tetrimino oyunda yerləşdirməsi çətin fiqurlardan biridir. Amma düzgün anda, düzgün yerdə istifadə olunanda xəttləri silməkdə çox faydalı olur. Qarışıqlıq içində belə doğru qərar verməyi bacaran, ehtiyatdan çox cəsarətə üstünlük verənlər üçün yaradılıb.
03

S-Tetrimino

The Red Bull Tetris® S-Tetrimino

The Red Bull Tetris® S-Tetrimino

© Red Bull

Digərlərinin görmədiyi detalları sezə bilən, fərqli düşüncəyə sahib bir fiqurdur. Tələsmədən, amma sürətlə düşünərək bir neçə addım qabağı görür. Qaydalar çərçivəsində hərəkət etməz, öz yolunu seçir və olduğu kimi qalmaqdan çəkinmir.
Bəzən başqaları tərəfindən tam başa düşülməyə bilər, amma oyun gərginləşəndə onun çevikliyi və uyğunlaşma qabiliyyəti vacib rol oynayır. S-Tetrimino-nun təsirli olması üçün əvvəlcədən planlama lazımdır — bu da onu düşünərək və strateji oynayanların favoriti edir.
04

J-Tetrimino

The Red Bull Tetris® J-Tetrimino

The Red Bull Tetris® J-Tetrimino

© Red Bull

Səs-küy salmadan öz işini görən, etibarlı və dayanıqlı bir fiqurdur. Danışmaqdan çox dinləməyi seçir, amma lazım olan anda dediyi bir söz oyunun istiqamətini dəyişə bilər. İlk baxışda nəzərə çarpmaya bilər, amma vacib anda həmişə yerində olur.
Səssizliyinin arxasında böyük sabitlik və güvən dayanır. Komandanın arxasında duran, hər şeyi bir arada saxlayan sütun kimidir. Red Bull Tetris-də J-Tetrimino əsas quruluşu tamamlamaq və tez xətt silmək üçün vacib rol oynayır. Bu sakit güc, çətin və qarışıq anlarda verdiyi sabitliklə seçilir.
05

L-Tetrimino

The Red Bull Tetris® L-Tetrimino

The Red Bull Tetris® L-Tetrimino

© Red Bull

Səs-küy salmadan öz işini görən, etibarlı və dayanıqlı bir fiqurdur. Danışmaqdan çox dinləməyi seçir, amma lazım olan anda dediyi bir söz oyunun istiqamətini dəyişə bilər. İlk baxışda nəzərə çarpmaya bilər, amma vacib anda həmişə yerində olur.
Səssizliyinin arxasında böyük sabitlik və güvən dayanır. Komandanın arxasında duran, hər şeyi bir arada saxlayan sütun kimidir. Red Bull Tetris-də L-Tetrimino əsas quruluşu tamamlamaq və tez xətt silmək üçün vacib rol oynayır. Bu sakit güc, çətin və qarışıq anlarda verdiyi sabitliklə seçilir.
06

O-Tetrimino

The Red Bull Tetris® O-Tetrimino

The Red Bull Tetris® O-Tetrimino

© Red Bull

Sadəliyi sevən, sabit və rahat bir xarakteri əks etdirir. Nə diqqət çəkməyə çalışır, nə də oyunun mərkəzində olmağa can atır. Amma olduğu yeri tamamlamağı, hər şeyə sakitlik və tarazlıq qatmağı bacarır.
O-Tetrimino oyunda düz yerləşəcək uyğun boşluğu gözləyir. Yerini tapanda isə səssiz-səmirsiz işini görür və xəttləri silməkdə effektiv olur. Qarışıqlıq içində hər şeyi bir arada saxlayan məhz bu sabitlikdir. Göz önündə olmasa da, olmadan oyunda nəsə çatışmır.
07

T-Tetrimino

The Red Bull Tetris® T-Tetrimino

The Red Bull Tetris® T-Tetrimino

© Red Bull

Hər addımı düşünərək atan, planlı və iti zəkalı fiqurdur. Oyunun axarını diqqətlə izləyir, daim qabağı düşünür və lazım olan anda səhnəyə çıxmağı bacarır. İlk baxışda sadə görünə bilər, amma yaradıcılığı və problemi tez həll etmə qabiliyyəti ilə oyuna ciddi təsir göstərir.T-Tetrimino demək olar ki, hər yerə uyğunlaşır – həm boşluqları doldurur, həm də digər fiqurlar üçün dayaq rolunu oynayır. Çox yönlü və ağıllı istifadə oluna bilən bu fiqur ən çox gərgin anlarda işə yarayır – hər qərarın önəmli olduğu məqamlar üçün əvəzsizdir.
08

Qızıl Tetrimino

The Red Bull Tetris® Golden Tetrimino

The Red Bull Tetris® Golden Tetrimino

© Red Bull

Sürətlidir, dayanmır və oyuna tam fərqli ritm gətirir. Təzyiq altında daha da güclənir, riskdən qorxmur, əksinə, onu qarşılayır. Qaydaları pozmaq kimi məqsədi yoxdur, sadəcə sərhədləri yoxlayır – bu dəfə də nəyin mümkün olduğunu görmək üçün. Ətrafdakıları dəyişdirmək üçün əlavə səy göstərməyə ehtiyac yoxdur – olduğu kimi olmaq kifayətdir.
Red Bull Tetris-də Qızıl Tetrimino hər oyunda yalnız bir dəfə görünür. (İpucu: hər dəfə eyni anda çıxır.) Əgər düzgün istifadə olunsa, əlavə xallar qazandırır və oyunda ciddi fərq yarada bilər.
18 yaşdan yuxarı oyunçular iştirak edə bilər. Red Bull Tetris – klassik oyunun sürətli və dinamik versiyasıdır: hər sessiya cəmi 3 dəqiqə çəkir və uğur qazanmaq üçün ağıllı strategiya əsasdır.
Finalda iştirak etmək şansını artırmaq istəyirsənsə, Tetrimino-ları daha yaxından tanı və onlardan maksimum dərəcədə istifadə etməyi öyrən. Nəticə? Oyunun səviyyəsini yüksəlt və 11–13 dekabrda Dubayda keçiriləcək Dünya Finalına doğru irəlilə!
Daha ətraflı öyrənmək və oyuna başlamaq üçün bura daxil ol.

Bu hekayənin bir hissəsi

Red Bull Tetris®

What is Red Bull Tetris®?

1 Tour Stop
Tədbir Təqviminə Baxmaq