University Cup yarışmacıları 23 oktyabr 2026-cı ildə Polşanın Poznan şəhərində keçirilən Red Bull Wings Kubokunda futbol oyununda yarışırlar
© Michal Konkol / Red Bull Content Pool

Red Bull Wings Cup Milli Finalı: Mayamiyə gedən yol Bakıdan keçir

Bir ay davam edən seçmə mərhələləri geridə qaldı, 16 finalçı bəllidir. 1 noyabrda onlardan yalnız biri Azərbaycanın ən yaxşı EA SPORTS FC™ 27 oyunçusu adını qazanacaq.
Red Bull tərəfindən yazılıb
dəq. oxuPublished on
Red Bull Wings Cup Milli Finalı noyabrın 1-də saat 15:00-da Baku Events Hall-da keçiriləcək. 16 iştirakçının birincilik uğrunda mübarizə aparacağı yarışda maraqlı qarşılaşmalar, xüsusi qonaqlar və əyləncə dolu anlar səni gözləyir.
Tədbir Bülbül prospekti 20 ünvanında, Nizami Kinoteatrının 5-ci mərtəbəsində baş tutacaq. Üstəlik, giriş sərbəstdir!
Bu fürsəti qaçırma, sən də bizə qoşul və Red Bull Wings Cup Milli Finalının həyəcanını canlı yaşa!

Red Bull Wings Cup nədir?

Red Bull Wings Cup iştirakçıları 23 oktyabr 2026-cı ildə Polşanın Poznan şəhərindəki futbol stadionunda konsollarda yarışaraq meydançaya oyun həyəcanı gətirirlər

Red Bull Wings Cup iştirakçıları

© Adam Łakomy / Red Bull Content Pool

Red Bull Wings Cup bu il ilk dəfə keçirilən yeni qlobal layihədir. Turnir EA SPORTS FC™ 27 ilə əməkdaşlıq çərçivəsində təşkil olunur və futbol simulyatorunu tamamilə fərqli formatda oynamaq imkanı yaradır. Yarış hər kəs üçün açıq və ödənişsizdir. Azərbaycanda iştirak etmək üçün ən azı 18 yaşında və Azərbaycan vətəndaşı olmaq kifayət idi.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
Turnir iki liqadan ibarətdir. Açıq Liqa «Kick Off 95» rejimində keçirilir. Bu rejimdə bütün komandalar və futbolçular 95 reytinqə malik olur, yəni qələbəni heyətin gücü deyil, yalnız oyunçunun bacarığı müəyyənləşdirir. Universitet Liqası isə tələbələr üçündür və «Rush» rejimində oynanılır. Hər iki liqanın ən yaxşıları Milli Finalda bir araya gəlir, Milli Final qalibləri isə Dünya Finalında dünya çempionu adı uğrunda mübarizə aparır.

Xüsusi bankalar oyunda mükafat qazandırır

Layihə çərçivəsində Red Bull Wings Cup-dan ilhamlanan xüsusi dizaynlı Red Bull bankaları da satışa çıxarılıb. Bu bankalar turnirdə iştirak etməyənlər üçün də EA SPORTS FC™ 27-də mükafat qazanmaq fürsətidir.
Hər bankanın açma halqasının üzərində unikal 8 rəqəmli kod var. Kodu aktivləşdirmək üçün bankadakı QR kodu skan et, EA hesabına daxil ol və 8 rəqəmli kodu daxil et. Bundan sonra oyunda 7 qarşılaşma üçün Oyunçu Kartı, 250 Mövsüm Xalı (SP) və Red Bull Wings Cup forması əldə edəcəksən.

Oktyabr seçmə mərhələləri ilə yadda qaldı

Dünya üzrə qeydiyyat 27 sentyabrda başladı, seçmə mərhələləri isə bütün oktyabr boyu davam etdi. Açıq Liqa üzrə yarışlar Bakının oyun məkanlarında baş tutdu: ilk kvalifikasiya KENZA Gaming Lounge-da keçirildi, növbəti mərhələlərə OMG Cyber Zone, Just For Fun və Baku Convention Centre-də təşkil olunan Gamesummit ev sahibliyi etdi.
Universitet Liqası isə oyunu birbaşa tələbələrin yanına apardı. Seçmə mərhələləri 3 oktyabrda UNEC-də start götürdü, daha sonra Azərbaycan Texniki Universiteti və Odlar Yurdu Universiteti də yarışa ev sahibliyi etdi. Oktyabrın sonunda hər iki liqa yekunlaşdı.
Nəticədə hər iki liqanın ən güclü oyunçularından ibarət 16 nəfərlik finalçılar siyahısı formalaşdı. İndi bu 16 oyunçu bir səhnədə, vahid turnirdə üz-üzə gələcək.

Milli Final necə keçəcək?

Milli Final birdəfəlik məğlubiyyət (Single Elimination) sistemi ilə oynanılır: hər matç həlledicidir, qalib növbəti mərhələyə yüksəlir, məğlub isə dərhal yarışdan çıxır. Standart format tək matçdır. Matçlar PlayStation 5-də, «Kick Off 95» rejimində, hər hissəsi 4 dəqiqə olmaqla keçiriləcək. Oyunçular istənilən klub və ya milli komandanı seçə bilər, stadion kimi isə RB Leipzig və ya Red Bull Salzburg arenalarından biri seçilir.
Milli Finalın standart formatı tək matçdır (BO1):
  • qalib növbəti mərhələyə yüksəlir;
  • məğlub yarışdan çıxır.
Turnir təşkilatçısı tədbirdən əvvəl elan etməklə alternativ formatlar tətbiq etmək hüququnu özündə saxlayır.
Final oyunu isə BO3 (Best of 3) formatında keçiriləcək. Bu formatda finalçılar maksimum 3 oyun oynayacaqlar. İlk olaraq 2 oyunda qalib gələn iştirakçı Milli Finalın qalibi elan olunacaq. Əgər ilk iki oyundan sonra hesab 1:1 olarsa, qalibi müəyyən etmək üçün üçüncü, həlledici oyun keçiriləcək.
Red Bull Wings Cup, Cənub-Afrika Respublikasının Johannesburg şəhərində

Red Bull Wings Cup, Cənub-Afrika Respublikasının Johannesburg şəhərində

© Pregan Pillay / Red Bull Content Pool

Qalibi Mayami gözləyir

Red Bull Wings Cup Dünya Finalı Mayamidə keçiriləcək.
Milli Finalın qalibi 2027-ci ilin yanvarında ABŞ-ın Mayami şəhərində keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil etmək şansı qazanacaq. Orada təxminən 80 ölkənin Milli Final qalibləri vahid turnirdə qarşılaşacaq.
Red Bull Wings Cup, Pozna, Polşa

Red Bull Wings Cup, Pozna, Polşa

© Michal Konkol / Red Bull Content Pool

Dünya Finalı üç gün davam edəcək. Qrup və seçmə mərhələləri Inter Mayami-nin «Nu» stadionunda keçiriləcək və iştirakçılar burada təkcə virtual meydanda deyil, real futbol tapşırıqlarında da bacarıqlarını sınayacaqlar. Dörddəbir final, yarımfinal və böyük final isə Mayaminin gözlənilməz məkanlarında baş tutacaq. Çempionu isə eksklüziv Red Bull təcrübəsi gözləyir.

1 noyabrda Baku Events Hall-da görüşək

İştirakçılar Vilnüs, Litvada keçirilən 2026-cı il tədbirində Red Bull Wings Cup loqosunun altında, işıqlanan oyun ekranları və Red Bull brendinqi ilə əhatə olunaraq əl sıxırlar

Red Bull Wings Cup iştirakçıları Vilnüs, Litva

© Armandas Knezys / Red Bull Content Pool

Turnirə qeydiyyat artıq başa çatıb, lakin Red Bull Wings Cup-ın ən həyəcanlı anı hələ qabaqdadır. 1 noyabr saat 15:00-da Baku Events Hall-a gəl, finalçıları dəstəklə və Azərbaycanı Mayamidə kimin təmsil edəcəyini ilk sən öyrən. Giriş sərbəstdir. Ən son yenilikləri isə @redbullaz səhifəsindən izləyə bilərsən.