Qaydalar bir cümlədə deyilir, amma qalib olmaq o qədər də asan deyil: yağlanmış dirəyin başına qalx, bayrağı götür, mükafatı qazan. Hər il yüzlərlə adam bu sadə qaydaya aldanıb meydana çıxır, amma zirvəyə çatanların sayı barmaqla sayılacaq qədərdir.
Yarış nədən ibarətdir?
Qarşında 10 metrlik dirək dayanıb, başdan-başa yağlı, ən ucunda isə bir bayraq. Hər addımda tarazlığını qorumalı, sürüşməmək üçün gücünü ağılla bölüşdürməli və soyuqqanlılığını saxlamalısan. Bəzən qalxırsan, zirvəyə çatırsan, amma sonra yenidən aşağı sürüşürsən. Bəzən elə bilirsən ki, artıq bayraq əlindədir, amma bir anlıq tərəddüd hər şeyi dəyişir. Elə Yağlı Dirəyi unudulmaz edən də budur. Burada təkcə gücün yox, həm də xarakterin, səbrin və ağlın eyni anda sınaqdan keçir. Hər cəhd ayrıca bir hekayədir, hər sürüşmə isə izdihamın qopardığı yeni bir səs-küy. Kimisi gülür, kimisi yenidən cəhd edir, amma heç kim meydanı boş əllə tərk etmir.
Yarışda yalnız 18 yaş və üzəri iştirakçılar iştirak edə bilər.
Qaliblər üçün əla hədiyyələrimiz var!
Birinci yer PlayStation 5-i evə aparacaq, ikinci yer Ray-Ban Meta Wayfarer ağıllı eynəyini, üçüncü yer isə G-Shock saatını qazanacaq. Dirəyin ucundakı bayraq sadəcə qələbə deyil, ürəyinin istədiyi mükafata uzanan əl deməkdir. Bir də o anın qürurunu unutma. Zirvəyə çatdığın an aşağıdan qopan alqış səsini. Bu, dəyəri ölçülməyən bir hissdir.
Hazırlıqlara indidən başla!
Zalda nə qədər güclü olduğunu hamı bilir, amma əsl sınaq sürüşkən dirəkdə başlayır. Üstəlik bu, dostlarınla keçirə biləcəyin ən əyləncəli günlərdən biridir. Və bu, sadəcə yarış deyil, musiqi, izdiham, gülüş və hər uğurlu cəhddə qopan hay-küylə tam bir Red Bull atmosferidir. Günün sonunda kimin qalib gəldiyindən asılı olmayaraq, hər kəs yaxşı bir xatirə ilə evə dönür.
Bir neçə kiçik məsləhətimiz də var. Əsas məsələ güc yox, tarazlığı qoruyaraq sürətli hərəkət etməkdir. Dostunla əvvəlcədən strategiya qur, rahat geyimlə gəl, dirəyə baxıb tərəddüd etmə və ən əsası, sürüşməkdən qorxma. Hər sürüşmə səni növbəti cəhddə bir az da təcrübəli edir. Bəzən qalib gələn ən güclü yox, ən inadkar olur. Ona görə də ilk cəhdin alınmasa, ruhdan düşmə, bayraq səbirlini sevir.
Həyəcanın bir parçası ol
Bayraq uğrunda mübarizə aparanlardan biri olmasan belə, bu həyəcanı qaçırma. Giriş sərbəstdir və hər kəs dostları ilə birlikdə gəlib yarışın əyləncəsinə ortaq ola bilər. İştirakçıları dəstəklə, unudulmaz anlara şahid ol və Red Bull Yağlı Dirəyin bənzərsiz atmosferini yerində yaşa.