Hisslərini rəqsinlə göstər
© unsplash.com
Rəqs

Rəqs – özünüifadə və terapiya forması kimi

Rəqsin sağaldıcı təsirini, ondan necə özünüifadə və terapiya forması kimi istifadə edə biləcəyini öyrənmək istəyirsənsə, məqaləni oxu!
Nigar Əliyeva tərəfindən yazılıb
4 min read tarixində nəşr olunub
Yəqin sən də çoxunun düşündüyü kimi düşünürsən: Rəqs sadəcə bir əyləncə və ya fiziki məşq növüdür. Amma yanılırsan! O, həmçinin özünü ifadə etmək və terapiya üçün güclü bir vasitə ola bilər. Gəl bu mövzunu daha ətraflı araşdıraq.
Red Bull Dance Your Style

Red Bull Dance Your Style

© Red Bull

Rəqslə özünüifadə və terapiya

Rəqs insanlara öz duyğuları ilə əlaqə saxlamaq və onları sözlərlə izah edilə bilməyəcək şəkildə ifadə etmək imkanı verir. İstər ənənəvi mədəni rəqslər, istər müasir rəqs üslubları, istərsə də sərbəst hərəkətlər vasitəsilə fərdlər sevincdən kədər və ağrıya qədər müxtəlif duyğuları asanlıqla çatdıra bilirlər.
Rəqs terapiyası

Rəqs terapiyası

© Red Bull

Rəqslə özünüifadə etməyin rahatlığı yeni bir terapiya növünün yaranmasına gətirib çıxarmışdır: Rəqs terapiyası. Hərəkət terapiyası olaraq da bilinən bu terapiya növündə fərdlər zehni və emosional rifahını yaxşılaşdırmaq məqsədilə hərəkətlərdən istifadə edir. Bədən və ağılın bir-biri ilə əlaqəli olduğu və hərəkətin emosiyaların işlənməsi və ifadə edilməsi üçün istifadə oluna biləcəyi fikrini əsas götürsək, bu terapiya növünün effektiv olduğunu görürük.
Rəqs terapiyasının əsas faydalarından biri, özünü şifahi şəkildə ifadə etməkdə çətinlik çəkən insanlara kömək edə bilməsidir. Hərəkət və şifahi olmayan ünsiyyət vasitəsilə rəqs terapiyası fərdlərə öz hisslərini və emosiyalarını ifadə etmək imkanı tanıyır. Bu, travma yaşamış və ya emosiyalarını emal etməkdə çətinlik çəkən şəxslər üçün xüsusilə faydalı ola bilər.
Rəqs bədən şüurunu inkişaf etdirməyə kömək edir

Rəqs bədən şüurunu inkişaf etdirməyə kömək edir

© Red Bull

Bundan əlavə, rəqs terapiyasının özünə inamı yaxşılaşdırdığı, stress və narahatlığı azaltdığı, o cümlədən, ümumi əhval-ruhiyyəni qaldırdığı sübut edilmişdir. O, həmçinin fərdlərə daha çox bədən şüurunu inkişaf etdirməyə və fiziki koordinasiya və tarazlığı yaxşılaşdırmağa da kömək edir.

Bəs necə edək?

Yəqin ki, artıq rəqsin önəmi və faydalarını anlayırsan. Sıra gəldi rəqsdən özünüifadə və terapiya forması kimi istifadə etməyi öyrənməyə. Bu barədə sənə 5 tövsiyəmiz var:

1. Uyğun yeri tap

Rəqs üçün özünü rahat və təhlükəsiz hiss edəcəyin məkan seç

Rəqs üçün özünü rahat və təhlükəsiz hiss edəcəyin məkan seç

© unsplash.com

Əlbəttə ki, ilk addım özünü rahat və təhlükəsiz hiss edəcəyin məkan seçməkdir. Bu, evdəki xüsusi bir otaq, rəqs studiyası və ya hətta park kimi açıq bir məkan da ola bilər. Əsas odur ki, mühakimə və ya müdaxilə qorxusu olmadan sərbəst hərəkət edə biləcəyin bir yer tapasan.

2. Sevdiyin bir musiqi seç

Sevdiyin musiqini seç

Sevdiyin musiqini seç

© unsplash.com

Növbəti addım sənə uyğun musiqini seçməkdir. Unutma ki, seçəcəyin musiqi rəqsinin tonunu təyin edəcək. Buna görə də hazırki əhvalın və ya emosiyalarını əks etdirən musiqilərə üstünlük ver: Özünü kədərli və ya melanxolik hiss edirsənsə, yavaş, kədərli musiqi seçə bilərsən. Yox, əgər enerjili və ya həyəcanlı hiss edirsənsə, yüksək templi, sürətli musiqilər sənə daha uyğun olacaq.

3. Utancaqlığı bir qırağa qoy

Utancaqlığı kənara qoy

Utancaqlığı kənara qoy

© Red Bull Content Pool

Rəqsdən özünüifadə və terapiya forması kimi istifadə etməyin ən vacib aspektlərindən biri ağlındakı maneələri və utancaqlığı bir kənara buraxmaqdır. Belə ki, necə göründüyün və ya hərəkətləri "düzgün" edib-etmədiyin barədə narahatlıq keçirmədən, özünə sərbəst şəkildə hərəkət etməyə icazə verməlisən.
Yadda saxla ki, rəqs mükəmməllik deyil, sadəcə özünüifadə etmək formasıdır. Buna görə də hərəkət etməyin düzgün və ya yanlış yolu yoxdur və məqsəd sadəcə olaraq duyğularınla əlaqə saxlayaraq, onları hərəkətlərə tökməkdir.

4. Öz rəqs tərzini tap

Tərpənmək vaxtıdır!

Tərpənmək vaxtıdır!

© www.pexels.com

Tərpənmək vaxtıdır! Müxtəlif hərəkət və jest növlərini sınaqdan keçir, fərqli rəqs üslublarını sına və ya emosiyalarını əks etdirəcək öz hərəkətlərini yarat. Qolların və ya ayaqların kimi xüsusi bədən hissələrinə diqqət yetirərək, döşəmə üstündə hərəkət edə və ya tullanmağı seçə bilərsən. Fərqi yoxdur, əsas odur ki, özünə təbii və rahat hiss etdirəcək şəkildə hərəkət etməyə icazə verəsən.

5. Düşün və anla

Rəqs seansından sonra yaşadıqlarını düşünmək və onların səndə yaratdığı hissləri emal etmək üçün özünə vaxt tanı. Təcrübələrini özün üçün yazıb saxlaya, terapevt və ya etibarlı bir dostunla bölüşə və ya sadəcə meditasiya edərək anlamağa çalışa bilərsən. Bunlar hamısı emosiyaların haqqında fikir əldə etməyə kömək olacaq və beləliklə, növbəti seansları daha da yaxşılaşdıracaq.
Özünə vaxt tanı

Özünə vaxt tanı

© www.pexels.com

Özünü tam hazır etmək üçün müxtəlif rəqs tədbirlərinə də gedə bilərsən. Bunlardan ən böyüyü isə Red Bull Dance Your Style-dır desək yanılmarıq. 3 iyun, 19:00-da, Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək rəqs yarışmasına gəl və öz tərəfini seç.
Red Bull Dance Your Style

Red Bull Dance Your Style

© Red Bull

Artıq necə və nə edəcəyini də bilirsən. Bəs özünü və hisslərini rəqslə göstərməyə hazırsan? Yeni macəranda uğurlar!