Dance Your Style
© Wilhelm Westergren / Red Bull Content Pool
Rəqs

Səhnə səni çağırır: Bu gün Beynəlxalq Rəqs Günüdür!

Musiqi ruhun qidasıdır, rəqs isə onun danışıq dilidir! Sən də ritmə ayaq uydur, öz hekayəni yaz.
Gülnur Ələkbərova tərəfindən yazılıb
dəq. oxuPublished on
Rəqs yalnız sənət deyil, ifadə formasıdır. Rəqs etməyi bacarırsan ya yox, fərq etməz, çünki musiqini hiss edirsənsə, artıq içində rəqs var deməkdir. Məqaləmizə keçid edərək rəqsin ritmini daha da yaxından hiss et!

Ritmin olduğu yerdə həyat var!

Hər il 29 aprel tarixində rəqs dünyası səhnələrdə, küçələrdə, ekranlarda bir araya gəlir. Bu gün Beynəlxalq Rəqs Günü kimi qeyd olunur və məqsədi təkcə peşəkar rəqqasları deyil, həm də ritmə könül verən hər kəsi bir araya toplamaqdır. Rəqsin sərhəddi, dili yoxdur! Çünki bu gün səhnə hamımızındır. Elə isə sən də bu gün rəqs etməyə başla!

Hərəkətə Keç!

URBAN DANCE Magic 2013

URBAN DANCE Magic 2013

© matulaitis.lt

Bu gün dünyada minlərlə səhnə canlanır, küçələrdə ritm səsi yüksəlir. Breaking-dən baletə, hip-hopdan salsaya qədər hər tərz bu gün öz sözünü deyir. Çünki rəqs sərhədsizdir, şəxsidir, azaddır!

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
Rəqs edən birini izləmək musiqini görməkdir. Rəqs etmək isə musiqini yaşamaqdır! Bir anlıq fikirlərdən çıxmaq, bədənini ruhunun ritminə buraxmaq istəyirsənsə, bu gün tam da sənin üçündür.

Ruhunun Səhnəsi

Girls dancing at Lollapalooza 2016

Music concerts are a place for letting your hair down

© Joe Gall/Red Bull Content Pool

Rəqs danışmadan danışmaq, hərəkətlə hiss etdirmək sənətidir. Səhnə olsun, küçə olsun, ev olsun – harada olursa olsun, bədən musiqiyə uyğun hərəkət etməyə başlayanda sən artıq bir hekayə danışırsan. 29 Aprel bu dili anlayanların, hiss edənlərin, hiss etdirənlərin günüdür.
Unutma ki, sənin bədənində də ritm var, sənin də içində bir səhnə var! Bir az musiqi, bir az cəsarətlə sən də bu günün bir parçasına çevrilirsən.

Rəqs Ruhun Qidasıdır

Rəqs etmək həm bədəni, həm də ruhu bərpa edən əsl təbii terapiyadır! Araşdırmalar göstərir ki, rəqs stress hormonlarını azaldır, endorfin (xoşbəxtlik hormonu) ifrazını artırır və depressiya riskini azaldır. Həmçinin, rəqs bədənin elastikliyini artırır, ürək-damar sistemini gücləndirir və yaddaşı aktiv saxlayır. Ritmlə hərəkət edəndə balans və koordinasiya yaxşılaşır, özünü ifadə etmə bacarığın isə güclənir. Üstəlik, rəqs sosial bağları möhkəmləndirir və özgüvəni artırır. Sadəcə bir neçə dəqiqəlik rəqs belə gündəlik enerjini yüksəldir, ruh halını yaxşılaşdırır! İndi musiqini aç və ilk addımı at – bədənin də, ruhun da sənə təşəkkür edəcək!

Rəqsi Sənətə Çevir

Breakdance Battle

Breakdance Battle

© Maurice van der Meijs

Rəqs qayda tanımaz. Sən onu necə hiss edirsənsə, o da səni elə ifadə edir. İmprovizasiya, enerji, sərbəstlik - bütün bunlar sənin öz stilinə çevrilə bilər.
Rəqsin ruhunu yaşadanlardan biri də Red Bull-dur. Özəlliklə bu xüsusi gündə Red Bull-un rəqsə verdiyi töhfələri unutmaq olmaz. Elə bu töbfələrdən biri də “Red Bull BC One”dır. Bu yarış dünyanın hər yerindən b-boy və b-girl-ləri bir araya gətirir. Səhnədə tək olanlar, əslində minlərlə insanı təmsil edir – ruhlarını, küçələrini, mədəniyyətlərini.
Digər yarışlardan biri isə “Red Bull Dance Your Style”dır. Burada nə hakim var, nə də qayda. Musiqi səni hara aparırsa, sən də ora gedirsən. İzləyicilər səs verərək qalibi seçir və bu, rəqsi daha da səmimi edir. Bu gün Beynəlxalq Rəqs Günündə bu cür təşəbbüslər bizi birləşdirir, oyadır, hərəkətə gətirir!
Sən də bu gün münasibətilə öz ritmini tap, hərəkətə keç! Axı rəqs etmək hər zaman gözəldir!