Tədbir və Festival

Sevdiyini göstərməyin 6 yolu

Sevgilinə sevildiyini daha çox hiss etdirmək istəyirsənsə, məqaləmizi bəlkə gözdən keçirəsən.
Elçin Hüseynov tərəfindən yazılıb
3 min readPublished on
Sevgi dolu münasibətə sahib olmaq üçün sevdiyin insana necə hiss etdiyini göstərməyin vacibdir. Sevgini göstərməyin isə saysız yolu var desək, yəqin yanılmarıq. Bu gün onlardan 6-sını səninlə bölüşəcəyik. Bu yollar vasitəsilə sevgini daha rahat ifadə edə, münasibətlərini möhkəmləndirə bilərsən.
Valentine's movie poster

Valentine's Day snowboards

© Jason Horton

1. Ortaq sevgi dili tap

Hamının sevgi dili fərqlidir. Sən hisslərini ifadə etmək üçün müxtəlif hədiyyələr aldığın halda, başqası sevgini xoş sözlərdə axtara bilər. Bu cür anlaşılmazlığı aradan qaldırmaq üçün isə ortaq sevgi dili tapmağın lazımdır. Yola siyahının davamındakı sevgi göstərmə yollarını sınayaraq başlaya bilərsən. Fərqli üsulları yoxladıqca, hansının ikinizə də xoş gəldiyini zamanla aydınlaşdıracaqsan.
Sevdiyinizi deməkdən çəkinməyin.

Sevdiyinizi deməkdən çəkinməyin.

© unsplash.com

2. Hisslərini bölüş

Sevgi göstərişini sadəcə sözlərlə limitləmə, ona olan heyranlığını hərəkətlərinlə də dilə gətir. Çoxluq içində belə ona baxıb gülümsə, göz kontaktı qur və kiçik toxunuşlardan qaçınma: saçlarına toxun, əlindən tut və ya qoluna gir. Bu cür sevgi göstərişləri aranızdakı səmimiyyəti artıra və sevdiyinizə onunla yaxın olmaq istədiyinizi göstərə bilər. Bunu da xatırladaq ki, hərənin sevgi anlayışı fərqlidir. Kimləsə fiziki yaxınlıq qurmazdan əvvəl onun da buna açıq olub-olmadığını mütləq dəqiqləşdirməlisən.

3. Birlikdə zaman keçir

Səmimi olun.

Səmimi olun.

© unsplash.com

İşlər, karyera, dostlar, dərslər və s. deyərkən başın tamamilə qarışa bilər. Amma istənilən halda sevdiyinlə yalnız vaxt keçirdiyindən də əmin olmalısan. Baş-başa vaxt dedikdə isə sadəcə romantik axşam yeməklərini nəzərdə tutmuruq: birlikdə sinemaya gedə, kafedə söhbətləşə və ya qısa bir gəzintiyə çıxa bilərsiniz. Belə vaxtlarda diqqətini tamamilə partnyoruna cəmlə və ikiniz üçün də maraqlı olan mövzulardan danış. Bu, sevgini göstərməyinlə yanaşı, həm də bir-birinizi daha yaxşı anlamağınızla nəticələnəcək.

4. Minnətdarlığını dilə gətir

Onun təqdir etdiyin hərəkətlərini tez-tez vurğulamağın sevdiyinə diqqət yetirdiyini göstərəcək. Əgər sənin üçün nəsə edirsə (məsələn, gülümsəməyin üçün, kefini açmaq, çətin vaxtlarda yanında olmaq, sənin üçün nəsə almaq və s.), bunları görüb anladığını dilə gətirməli və təşəkkürünü bildirməlisən. Minnətdarlığını göstərmək üçün sözlər kifayət etmirsə, ona özəl seçəcəyin xüsusi hədiyyələr də işinə yaraya bilər.

5. Kommunikasiyaya önəm ver

Minnətdarlığı unutmayın.

Minnətdarlığı unutmayın.

© unsplash.com

Başımıza hər hansısa hadisə gəldikdə danışmaq üçün ilk üz tutduğumuz insanlar sevdiklərimiz olur. Belə hallarda qarşıdakı bizi dinləməsə, bir də hisslərimizi bölüşmək istəmir, get-gedə uzaqlaşırıq. Bu halın yaşanmaması üçün sevdiyin insanın sənə dediklərini diqqətlə dinləməli, hər hansı problem dilə gətirdikdə qarşı çıxmaqdansa, dediklərini dinləyib, hisslərini anlamağa və ortaq həll yolu tapmağa çalışmalısan.

6. Hisslərini hərəkətlərinə daşı

Sevgi göstərişini sadəcə sözlərlə limitləmə, ona olan heyranlığını hərəkətlərinlə də dilə gətir. Çoxluq içində belə ona baxıb gülümsə, göz kontaktı qur və kiçik toxunuşlardan qaçınma: saçlarına toxun, əlindən tut və ya qoluna gir. Bu cür sevgi göstərişləri aranızdakı səmimiyyəti artıra və sevdiyinizə onunla yaxın olmaq istədiyinizi göstərə bilər. Bunu da xatırladaq ki, hərənin sevgi anlayışı fərqlidir. Kimləsə fiziki yaxınlıq qurmazdan əvvəl onun da buna açıq olub-olmadığını mütləq dəqiqləşdirməlisən.
Sevgi ilə qalın.

Sevgi ilə qalın.

© unsplash.com

Bizdən bu qədər, dostlar. Ümid edirik daima sevib sevilər, dəyər verdiklərinizi itirməzsiniz. Sevgisini dilə gətirə bilməyən tanışınız varsa, məqaləni onunla bölüşməyi də unutmayın. Sevgi ilə qalın!