Sinan Ağayev
© Sinan Ağayev

Sinan Ağayev: Kreativ düşüncəni biznes nəticələrinə çevirən yanaşma

Sinan Ağayev, yeni nəsil marketinq anlayışı, yaradıcı baxış tərzi və 11 ildən artıq təcrübəsi ilə Azərbaycanda kreativ sənayenin inkişafına töhfə verən tanınmış peşəkarlardandır.
Red Bull tərəfindən yazılıb
2 min readPublished on
Sinan Ağayev karyerası boyunca yalnız layihələrin icrası ilə kifayətlənməyib, brendlərin auditoriyası ilə necə ünsiyyət qurduğunu, insanlarda hansı emosiyaları oyatdığını və zehinlərdə necə qalıcı iz buraxdığını əsas prioritet kimi müəyyənləşdirib. O, fəaliyyətinə sahənin ən dinamik istiqamətlərindən başlayaraq qısa müddət ərzində ölkənin aparıcı marketinq liderlərindən birinə çevrilib.

33 dəq.

Sinan Ağayev: Kreativ düşüncəni biznes nəticələrinə çevirən yanaşma

Bu gün Sinan kreativ yanaşmanı təkcə vizual ideya olaraq deyil, real biznes nəticələri yaradan güclü dəyər kimi görən peşəkarlardandır. Onun iş prinsipi ideyanın təkcə diqqət çəkməsi deyil, eyni zamanda effektiv nəticə verməsi üzərində qurulub. Məhz bu yanaşma ona ölkənin və regionun ən nüfuzlu brendləri ilə çalışma imkanı qazandırıb. Azercell, Kapital Bank, UNICEF, Azerbaijan Airlines, Bakcell və Bravo kimi brendlər Sinan Ağayevin portfelində yer alan əsas adlardandır.
Bu əməkdaşlıqlar Sinanın müxtəlif sektorları dərindən mənimsədiyinin və hər brend üçün uyğun, güclü kommunikasiya qurmağı bacardığının bariz göstəricisidir. O, həmçinin “The Voice” və “ЖАРА” kimi geniş auditoriyaya malik layihələrdə iştirak edərək böyük kütlələrin diqqətini idarə etmək, emosional rezonans yaratmaq və mesajı düzgün çatdırmaq bacarığını praktiki olaraq sübut edib.
Bu gün Sinan Ağayev kreativ sənayedə yalnız uğurlu işlər həyata keçirən mütəxəssis deyil, eyni zamanda sahəyə istiqamət verən, yeni düşüncə formalaşdıran şəxslərdən biri kimi tanınır. Hazırda o, Birmarket şirkətində Kreativ Direktor vəzifəsində çalışır. Bundan əvvəl isə m10 brendinin yaradıcı inkişafına rəhbərlik edərək, brendin kommunikasiya dili və kreativ mövqeyinin formalaşmasında mühüm rol oynayıb.
Sinan Ağayevin peşəkar yanaşmasını isə bir fikir dəqiq ifadə edir:
Quotation
“Əsas üstünlük trend izləmək deyil, trend yaratmaq bacarığıdır.”