Sürətli və effektiv oxu üçün məsləhətlər
© Ko Backpacko

Sürətli və effektiv oxu üçün məsləhətlər

Mütaliə insana inkişaf etməyə, dünyanı dərk etməyə, hər hansı mövzu üzrə zəruri məlumatları əldə etməyə imkan verən ən gözəl qabiliyyətdir.
Ruhiyyə Bəylərova tərəfindən yazılıb
4 min readPublished on
Ancaq müasir dövrdə bəzən həcmli kitabların oxunmasına vaxt çatmır və sürətli oxu artıq zamanın tələbinə çevrilir.
Bununla belə, insanların bir çoxunun əsas problemi sürətli oxu zamanı məlumatın yadda saxlanmasında yaranan çətinliklərdir. Məhz bu səbəbdən bir çoxları məzmunu anlamaq üçün oxu sürətini azaltmalı olur. Mütəxəssislər tərəfindən işlənilmiş yeni oxu texnikaları məlumatın tez bir şəkildə qavranılmasına kömək edir.

Oxu sürətini ölç

İlk növbədə, oxu sürətini ölçməkdən başlamaq lazımdır. Bu, hansı səviyyədən başlamalı olduğunu və maksimal səviyyəyə çatmaq üçün nə qədər səy göstərməli olduğunu anlamağa yardım edəcək. Oxu sürətini yoxlamaq üçün isə müxtəlif saytlarda testlər mövcuddur. Ancaq biz elementar, hər kəsin müstəqil olaraq edə biləcəyi bəzi addımları nəzərdən keçirməyi məsləhət görürük.
Sürətli və effektiv oxu üçün məsləhətlər

Sürətli və effektiv oxu üçün məsləhətlər

© Photo by Clem Onojeghuo on Unsplash

1. Sətri gözdən keçir

Yavaş oxu zamanı sətri əvvəldən axıra kimi oxuyanadək bir neçə dəfə dayanırsan. Beləliklə, zamanın təxminən 30%-ni boş sahələrin oxunmasına sərf edirsən. Sətrin ortasında bir dəfə pauza et və maksimum sayda sözü tutmağa çalış.

2. Sözləri heroqliflər kimi qavra

Hər söz hərflərin birləşməsi deyil, bir işarə kimi qəbul olunmalıdır.

3. Mətni zehnində tutaraq səsləndirmə

Quotation
Onore de Balzak 30 dəqiqəyə orta ölçülü romanı oxumağı bacarırdı
Maraqlı fakt
Məktəb illərindən qalan bu adət nisbətən daha aşağı nitq sürətinin hesabına oxunu nəzərəçarpacaq dərəcədə məhdudlaşdırır.

4. Oxuduğun hissəyə qayıtma

Hərdən bizə elə gəlir ki, oxuduğumuz sətri və ya hətta sətrin bir hissəsini tuta bilmədik və biz həmin sətrə qayıdırıq. Bunu etmək lazım deyil, çünki beyin özü avtomatik olaraq mənanı tamamlayır.
Sürətli və effektiv oxu üçün məsləhətlər

Sürətli və effektiv oxu üçün məsləhətlər

© Red Bull Belgium

5. Ritmi saxla

Əgər sən yavaş oxumağa alışıbsansa, daha sürətli oxumağa cəhd göstədiyin zaman beyin məlumatı mənimsəməyə tələsməyəcək. Ritmi saxlamaq üçün metronom, saat, ritmik musiqidən istifadə et və bu, səni rahatladacaq.

6. Hər gün oxu

Uzun fasilələr istər-istəməz oxu sürətini azaldır. Bunun əksi olaraq bu bacarığın müntəzəm işlədilməsi məlumatın heç bir əlavə səy göstərmədən mənimsənilməsini sürətləndirir.
Quotation
Napoleon Bonapartın oxu sürəti dəqiqədə 2 min söz təşkil edirdi
Maraqlı fakt

7. Şrifti böyüt

Statistika göstərir ki, bir neçə vahid böyüdülmuş şrift məlumatın daha yaxşı qavranılmasına gətirib çıxarır. Şrifti absurd ölçülərə qədər böyütməyə ehtiyac yoxdur, ancaq alışdığından daha böyük olması kifayətdir.
Sürətli və effektiv oxu üçün məsləhətlər

Sürətli və effektiv oxu üçün məsləhətlər

© [unknown]

8. Söz ehtiyatını zənginləşdir

Beyin hər zaman tanımadığın sözlər ucbatından ləngiyir, həmin sözləri hərflərə bölür və yalnız bundan sonra mənasını anlamağa çalışır. Odur ki, bu cür sözlər nə qədər az olsa, oxu prosesi o qədər sürətli olar.

9. Oxumamışdan əvvəl kitabla tanış ol

Kitabın müəllifini araşdır, annotasiyanı və mündəricatı gözdən keçir. Bu, həm oxu zamanı səndə nələri gözlədiyinə dair təsəvvürün formalaşmasına imkan yaradacaq, həm də bilavasitə prosesin özünü tezləşdirəcək.

Oxuduğunu uzun zaman yaddaşında saxlamaq üçün bəzi tövsiyələr

Məlumatın yaddaşa yazılması onu oxumaqdan daha çətin bacarıqdır. Bunun üçün bəzi məsləhətlər gərəkli ola bilər.
Fikrini cəmləşdir. Ətraf mühiti “söndürərək” tam şəkildə mətnə dalmaq bacarığı məlumatın yaddaqalma səviyyəsini yüksək dərəcəyə çatdırmağa imkan verir.
Təxəyyülünü istifadə et. Oxuduğunu təsəvvür et. Bunu hətta söhbət bədii ədəbiyyatdan getmədiyi halda etməyə çalış.
Assosiasiyaları işə sal. Çətin mətn olduğu halda belə oxu əsnasında assosiasiyalardan istifadə et. Bu zaman qeyri-adi, hətta ağlasığmaz və gülməli məfhumları işlətməkdən qorxma, belə ki, beyin qeyri-ordinar məlumatı daha yaxşı saxlayır.
Qeydlər apar. Kağız kitabı oxuduqda, qeydləri karandaşla et. Elektron variantı istifadə edərkən, şərhlər əlavə etmək və ya dəftərdə müvafiq yazılar etmək mümkündür. Bu üsul materialın yaddaşa yazılmasını təmin edir.
Sürətli və effektiv oxu üçün məsləhətlər

Sürətli və effektiv oxu üçün məsləhətlər

© [unknown]

Məqsədlər qoy. Kitabı daha yaxşı yadda saxlamaq üçün onu hansı məqsədlə oxuduğunu dərk etməlisən. Öz fikrini lazımsız sözlərə deyil, konkret, gərəkli biliklərə yönəltməlisən.
Yalnız lazımlı, faydalı kitablar və ya məqalələr oxu. Proses naminə oxu məlumatın qavranılmasına gətirib çıxarmır, çünki beyin buna ehtiyac görmür.
Oxuduğunu təkrarla. Təkrar əldə olunan məlumatları yaddaşa yazmağa imkan verir. Öyrəndiklərini yatmamışdan əvvəl təkrarla və bir neçə gün sonra yadına sal.
Sürətli və effektiv oxu üçün məsləhətlər

Sürətli və effektiv oxu üçün məsləhətlər

© Incite Images/Red Bull Content Pool

Sürətli oxu və mətnin düzgün yadda qalmasına dair məsləhətləri nəzərə almaqla, son dərəcədə heyrətləndirici nəticələr əldə etmək mümkündür. Bunu həm özbaşına, həm də onlayn və oflayn rejimində mütəxəssislərin köməyi ilə etmək mümkündür.