Dominic Thiemin “tək əl bəkhənd” zərbəsi
© Samo Vidic/Red Bull Content Pool
Tennis

US Open Çempionu Dominic Thiem haqqında bilməli olduğun hər şey

Avstriyalı tennisçi Dominic Thiem US Open turnirindəki rəqibi Alexander Zverevi məğlub edərək özünün ilk Böyük Şlem çempionu titulunu qazandı.
Red Bull tərəfindən yazılıb
3 min read tarixində nəşr olunub
Red Bull tennisçisi Avstriyalı Dominic Thiem US Open tennis turnirinin qalibi oldu. Rəqibi Alexander Zverevə ilə oyunun ilk iki setində məğlub olmasına baxmayaraq, Thiem oyunda dönüş yaradaraq qələbə qazanır. Bu, onun ilk Böyük Şlem qələbəsi oldu.
Reytinq cədvəlində üçüncü mövqedə olan Thiem çempion olduqdan sonra: "Çox uzun müddətdir arzuladığım və can atdığım bir xəyala qovuşdum".
Dominic Thiem özünün çox güclü zərbələrindən birinə hazırlaşır

Dominic Thiem özünün çox güclü zərbələrindən birinə hazırlaşır

© Samo Vidic/Red Bull Content Pool

Ən son Böyük Şlem çempionu Dominic Thiem haqqında daha çox şey bilmək istəyirsən? Beləliklə, məşhur tennisçi haqqında əvvəllər eşitmədiyin 5 şeyə nəzər salaq.

1. İlk arzusu Kitzbüheldə çempion olmaq olub

Kiçik yaşlarında Thiemin yalnız Böyük Şlem haqqında düşündüyünü sanırsansa, deməli yanılırsan. Onun ilk xəyallarından biri də gənc olarkən ilk iştirak etdiyi Kitzbühel turnirində çempion olmaq olub. 2019-cu ildə bu məqsədə çatdıqda o, keçirdiyi hissləri belə ifadə edir: "Kitzbüheldə qalib gəlməklə uşaqlıq arzularımdan birini reallaşdırdım. Mənə böyük təcrübə qazandıran bu qələbə məndə inanılmaz hisslər yaradır".
Dominic Thiemin ən böyük arzularından biri Kitzbüheldə çempion olmaq olub

Dominic Thiemin ən böyük arzularından biri Kitzbüheldə çempion olmaq olub

© Samo Vidic/Red Bull Content Pool

2. Coşqun Chelsea azarkeşi olan Dominic Thiem futbol klubunun sahibidir

Dünyanın hansı məkanında olmasına baxmayaraq, Chelsea futbol klubunun coşqun azarkeşi olan Thiem, öz oyunları və məşqləri arasında bu futbol klubunun Premyer Liqa və Avropa Kuboku oyunlarını izləməyə imkan tapır. Futbola olan sevgisi onun bir neçə il əvvəl Avstriyada TFC Matzendorf klubunu satın almasına səbəb olub.

3. Geyindiyi biləklikərlə okeanların təmiz saxlanılmasına dair maarifləndirmə aparır

Bir gün internetdə gəzərkən Dominic Thiem 4Ocean təşkilatı ilə tanış olur. 2017-ci ildə qurulduğu gündən bəri okeanları plastik tullantılardan təmizləmək məqsədini güdən bu təşkilatın biləklərindən birini satın alan Thiem, maarifləndirmə məqsədi ilə bu aksesuarı matçlarda istifadə edirdi. 4Ocean təşkilatının Thiem ilə əlaqə qurmasından sonra onlar okeanların təmiz saxlanılmasına dair dünyanın maarifləndirilməsi işində birlikdə çalışırlar.

4. "Tək əl bəkhənd" zərbəsi

Dominic Thiemin “tək əl bəkhənd” zərbəsi

Dominic Thiemin “tək əl bəkhənd” zərbəsi

© Samo Vidic/Red Bull Content Pool

Thiemin istedadları arasında "tək əl bəkhənd" xüsusi yer tutur. Gənc ikən məşqçilərinin israrlarına baxmayaraq o, "cüt əl bakhənd" zərbəsindən istifadə edirdi. 12 yaşında olarkən o, "tək əl bəkhənd" zərbəsini qavradı və zamanla bu zərbəsini mükəmməlləşdirdi.

5. Onun bir tennis turniri var: Red Bull Thiem, Set, Match

Red Bull Thiem, Set, Match kişilər və qadınlar üçün təşkil edilir. Avstriyada altı müxtəlif yerdə təşkil edilən turnirdə matçlar qısaldılmış dörd setlərlə oynanılır. Hesab 3-3 olarsa, taybreyk elan olunur. Qalib Dominic Thiem ilə məşq etmək şansını əldə edir.

Bu hekayənin bir hissəsi

Dominic Thiem

A regular winner on the ATP Tour, Austria's Dominic Thiem achieved his dream of becoming a Grand Slam champion in the most dramatic fashion.

AustriaAustria
Profilə Baxmaq