Thomas van Tonder Red Bull Bridge Bars
© Joerg Mitter/Red Bull Content Pool
Dırmanma

600 tutacaqlı asma nərdivanla körpünü keçmək heç də asan deyildi

216 metr yüksəklik, 600 tutacaq və cəmi 45 dəqiqəlik mübarizə! Thomas van Tonder Afrikanın ən hündür körpüsünü asma nərdivanla keçdi.
Jazz Kuschke tərəfindən yazılıb
dəq. oxuUpdated on
Maneəli qaçış üzrə dünya çempionu, cənubi afrikalı Thomas van Tonder Bloukrans körpüsünü tağın altından asılmış 600 tutacaqla keçdi. Bu yol ona 47 dəqiqə 37 saniyəyə başa gəldi.
26 oktyabrda o, təxminən 280 metrlik marşrutu sona qədər getdi: əvvəlcə 45 dərəcəlik yoxuş, sonra tağın zirvəsi, ən sonda isə qarşı tərəfə eniş. Hamısı yalnız əllərin gücü ilə və indiyədək qurulmuş ən uzun asma nərdivanda.
01

Red Bull Bridge Bars rəqəmlərdə

Van Tonderin nailiyyətinin miqyası uzaqdan baxanda daha aydın görünür

Van Tonderin nailiyyətinin miqyası uzaqdan baxanda daha aydın görünür

© Wayne Reiche/Red Bull Content Pool

  • İdmançı: Thomas van Tonder
  • Məkan: Bloukrans körpüsü, Cənubi Afrika
  • Çağırış: Körpünün tağını yalnız qol gücündən istifadə edərək, asma nərdivanla keçmək.
  • Barların sayı: 600
  • Məsafə: Təxminən 280 metr
  • Maksimum hündürlük: 216 metr
  • Ən dik yoxuş: 45°
  • Nəticə: 47 dəqiqə 37 saniyə
Çağırış nə qədər böyük olsa da, van Tonder körpüyə bir az da özünə arxayın gəlmişdi. Bunu özü də etiraf edir. Amma körpü bu arxayınlığı elə ilk dəqiqələrdə əlindən aldı.
“Açığı, bura bir az lovğa, bir az da özümə çox güvənərək gəlmişdim. Amma o yoxuş məni tez yerimə oturtdu”, – deyir van Tonder.
Bu sözləri məhz onun deməsi maraqlıdır. Van Tonder maneəli qaçış üzrə dünya çempionudur. Sərbəst asılmış 90 metrlik kəndirlə dırmaşıb Ginnesin Rekordlar Kitabına düşüb. Yəni asılı qalmaq, demək olar ki, onun işidir. Amma bu körpüdə hər tutacaq ona çətin başa gəldi.
Finişdə isə sevincini gizlədə bilmədi: “Son iki ilin ən böyük arzumu reallaşdırdım. Hər şey üçün minnətdaram. Biz doğrudan da qarşı tərəfə çatdıq!”
Çağırışın necə keçdiyini öz gözlərinlə gör:
02

Körpü çoxdandır onun yuxularına girirdi

Simvolik körpü Van Tonderin  üzləşdiyi ən sərt sınaqlardan biri idi

Simvolik körpü Van Tonderin üzləşdiyi ən sərt sınaqlardan biri idi

© Craig Kolesky/Red Bull Content Pool

Bu körpü uzun müddət onun fikrindən çıxmırdı.
Van Tonder ilk dəfə onun altında dayananda tağ kamerada göründüyündən qat-qat böyük görünürdü. “Elə bil göydələnin ətəyində dayanmışdım. Öz-özümə dedim: biz nə iş görmüşük?”
Daha asan yol körpünün üst hissəsi boyunca uzanan asma nərdivanla hərəkət etmək idi. Amma van Tonder daha çətin yolu seçdi. Çünki bunu bacarıb-bacarmayacağını bilmirdi. “Bunu bacaracağıma əmin deyiləm. Deməli, düzgün çağırışdır”, – demişdi o, cəhddən əvvəl.
“Bunu bacara biləcəyimə əmin deyiləm. Deməli, məhz sınamalı olduğum çağırış budur”, – deyə o, cəhddən əvvəl bildirmişdi.
Evdə ilk dəfə maili asma nərdivanı sınayanda cəmi altı metr gedə bilmişdi. Sonra altı aylıq hazırlıq başladı: dağın yamacında qurulmuş məşq qurğusu, vətər iltihabı və saysız-hesabsız cırılmış dəri. Bütün bunlardan sonra o, nəhayət əsl körpünün qarşısında dayandı.
03

Arxası üstə yuxarı – ən ağır başlanğıc

“Bu, mənim bacara biləcəyim bir şey deyil”, deyə Van Tonder bildirdi

“Bu, mənim bacara biləcəyim bir şey deyil”, deyə Van Tonder bildirdi

© Joerg Mitter/Red Bull Content Pool

Hər şey yerli vaxtla saat 10:21-də başladı. Yüngül meh əsirdi, bütün komanda nəfəsini içinə çəkmişdi. “İndi yalnız tutacaqlar qalıb”, – dedi van Tonder.
Körpü ən ağır sınağını elə əvvəldə qarşıya qoydu. İlk hissə 45 dərəcə dik idi və van Tonder üzü irəli hərəkət edə bilmirdi. O, arxasını tutacaqlara çevirməli, özünü yuxarı dartmalı və növbəti tutacağa uzanmalı idi. Təkrar-təkrar. Körpü isə get-gedə hündürləşirdi.
Quotation
Əsas odur ki, tutacaqlardan yapışıb yavaş-yavaş irəliləyəsən
Hava da heç ürəkaçan deyildi. Ürək döyüntüsü artıq dəqiqədə 150-yə çatmışdı, beşinci dəqiqədə isə əlləri yorulmağa başladı. Saat 10:34-də bunu artıq ucadan deyirdi: “Əllərim heç yaxşı deyil.”
O, yoxuşun ən çətin hissə olacağını əvvəldən bilirdi. Amma reallıq gözlədiyindən də ağır çıxdı. “Asanlıqla iki dəfə çətin idi. Bacardığımız qədər məşq etmişdik, amma o yoxuşun eyni əzələlərə fasiləsiz vurduğu zərbəni heç nə ilə müqayisə etmək olmaz.”
Sonradan isə planını belə izah etdi: “Əsas məqsəd bu idi – sadəcə tutacaqlardan düşmə, kiçik addımlarla irəlilə.”
04

Ən çətini başında baş verənlər idi

Thomas van Tonder körpünü  ayrı-ayrı hissələrə bölməli idi

Thomas van Tonder körpünü ayrı-ayrı hissələrə bölməli idi

© Wayne Reiche/Red Bull Content Pool

Tağın zirvəsində körpü düzləşir. Adama elə gəlir ki, burada iş asanlaşacaq. Amma əksinə oldu.
“Mənim üçün psixoloji baxımdan ən ağır hissə bu idi”, – deyir van Tonder. – “Ortaya gözlədiyimdən daha yorğun çatmışdım və heç cür ritm tuta bilmirdim. Əllərim bacaracağını düşündüyüm kimi işləmirdi. Onları yumulu saxlamaq belə çox çətin idi.”
Bir hissədə o, yellənərək tutacaqları ötürə və adi asma nərdivandakı kimi irəliləyə bilərdi. Amma kiçik tutacaqlar yaxşı yellənməyə imkan vermirdi.
İrəli baxmaq isə vəziyyəti daha da pisləşdirirdi. “Finişə baxanda o, çox uzaqda görünür, arada isə saysız tutacaq var. Bu, mümkünsüz görünür.”
Thomas van Tonder 2026-cı ilin oktyabrında Cənubi Afrikadakı Bloukrans körpüsündə Red Bull körpü barlarından asılıb, meşəli dərənin üzərində yüksəkdə.

Thomas van Tonder Bloukrans körpüsündə Red Bull Bridge Bars-a çıxarkən

© Wayne Reiche/Red Bull Content Pool

Quotation
Yenidən qalxmalı idim, amma əllərimin məni daşıyacağına əmin deyildim
Ona görə də finişə baxmağı dayandırdı. Marşrutu kiçik hissələrə böldü və hər dəfə rabitə ilə tədbirin təhlükəsizlik rəhbəri Richard Lievaarta növbəti hədəfin hansı nöqtə olduğunu deyirdi. “Bu, işi asanlaşdırmadı”, – deyir o, – “amma psixoloji baxımdan daha dözülən etdi.”
Ortalarda bədəni xəbərdarlıq siqnalları verməyə başladı. “Elə anlar oldu ki, başıaşağı qalmışdım, başım zoqquldayırdı və bilirdim ki, yenidən dikəlməliyəm. Belə qalsaydım, huşumu itirəcəkdim.”
Problem onun əlləri idi. Yenidən yuxarı qalxmalı idi, amma əllərinin buna tab gətirəcəyinə əmin deyildi. Artıq özünə inanmaqdan başqa çarəsi qalmamışdı. “Sadəcə əllərimin bacaracağına inandım. Və onlar bacardılar”,
05

Hər tutacaq yeni bir sınaq idi

Enişdə cazibə qüvvəsi onu aşağı çəkirdi. Van Tonder isə sürəti saxlamalı və hər tutacağı dəqiq tutmalı idi. Eniş də yoxuş kimi idi: əvvəlcə düz, finişə yaxın isə yenə 45 dərəcə dik.
"Enişə başlayanda bir az tempimi tuta bildim, amma yenə də çox yorulmuşdum."
Şübhələri sona qədər davam edirdi. “Yolun ortasına çatanda sona qədər gedə biləcəyimə əmin deyildim. Bəzən ayaqlarımı qaldırmağa belə gücüm çatmırdı. Açığı, sona qədər gedə biləcəyim heç də dəqiq deyildi”
“Son nöqtəyə baxanda… bunun öhdəsindən gəlmək mümkünsüz görünür.”

“Son nöqtəyə baxanda… bunun öhdəsindən gəlmək mümkünsüz görünür.”

© Joerg Mitter/Red Bull Content Pool

Orta hissədən sona qədər çatacağamdan əmin deyildim.

Orta hissədən sona qədər çatacağamdan əmin deyildim.

© Moegammad Abrahams/Red Bull Content Pool

Bəs o, nə vaxt inanmağa başladı?

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
“Yəqin ki, son 40 metrdə”, – deyir van Tonder. Yəni təxminən son dörddəbir hissədə, növbəti hədəf artıq finişin özü olanda. Məhz o an ilk dəfə özünə “bacaracağam” deməyə icazə verdi.
“Qalan hər şey isə mübarizə idi.”
Son 20 metrdə başında yalnız bir fikir fırlanırdı. “İçimdəki səs sadəcə təkrarlayırdı: əmin ol, əmin ol, hər tutacağı dəqiq tut. Əlimin sürüşəcəyindən, bir tutacağı qaçıracağımdan çox qorxurdum. Ona görə son hissəyə tam fokuslanmışdım, çünki bədənim artıq tamamilə tükənmişdi.”
06

Keçidin çətinlikləri

Van Tonder tapşırığın öhdəsindən əllərinin gücü hesabına gəlirdi

Van Tonder tapşırığın öhdəsindən əllərinin gücü hesabına gəlirdi

© Craig Kolesky/Red Bull Content Pool

Əllərinin vəziyyəti hər şeyi deyirdi. Barmaqlarına doladığı lentlər tamamilə qopmuşdu.
Buna baxmayaraq, əlləri düşündüyündən daha yaxşı vəziyyətdə idi. “Deyəsən, əllərimin ciddi zədələnəcəyini düşünüb özümü buna əvvəlcədən hazırlamışdım. Bu da bir növ köməyimə çatdı”, – deyə o bildirdi. Dərisinin soyulacağından qorxduğu ovucları isə təəccüblü dərəcədə yaxşı vəziyyətdə idi.
“Ən azından indi əllərimi yenidən yumruq kimi sıxa bilirəm. Amma ağrıyırlar”, – deyə əlavə etdi.
07

Nailiyyətin arxasındakı komanda

Van Tonder bu körpünü tək keçmədi və bunu ilk növbədə özü vurğulayır.
Körpüdə hər hansı bir qurğu quraşdırmaq və ya deşik açmaq qadağan idi. Buna görə də təhlükəsizlik sistemini qurmaq asan deyildi. «Vertical Safety Systems» (VSS) şirkətinin təhlükəsizlik üzrə rəhbəri Richard Lievaart van Tonderlə əvvəllər dırmanma zalında tanış olmuşdu. O, komandası ilə birlikdə heç bir daimi bərkidicidən istifadə etmədən iki ayrı təhlükəsizlik sistemi hazırladı.
Richard Lievaart Bridge Bars layihəsinin əsas ideya müəllifi idi.

Richard Lievaart Bridge Bars layihəsinin əsas ideya müəllifi idi.

© Joerg Mitter/Red Bull Content Pool

Dırmanış əfsanəsi Stefan Glowacz van Tonderin hazırlığına kömək edir

Dırmanış əfsanəsi Stefan Glowacz van Tonderin hazırlığına kömək edir

© Wayne Reiche/Red Bull Content Pool

“Ən böyük çətinlik körpüyə heç nə bərkitməyin mümkün olmaması idi”, – deyə Lievaart cəhddən əvvəl bildirmişdi.
Van Tonder üçün bu layihənin ən önəmli tərəfi komandasının dəstəyi idi. “Bəziləri körpünü həmin səhərə hazırlamaq üçün bütün gecəni işlədilər. Sonra isə məni qorumaq üçün yanımda qaldılar. Bu layihədə hamımız özümüzü sınadıq və bacardığımızdan daha artığını etməyə çalışdıq. Mənim üçün bu layihəni dəyərli edən də məhz budur”, – deyə o bildirdi.
08

Təvazökarlığın əhəmiyyəti

Thomas van Tonder zirvəyə çatır

Thomas van Tonder zirvəyə çatır

© Joerg Mitter/Red Bull Content Pool

Ata olmaq van Tonderin bu çağırışı qəbul etməsinin əsas səbəblərindən biridir. “Səni nümunə götürən insanlar dediklərindən çox, etdiklərindən öyrənir”, – deyə o, cəhddən əvvəl bildirmişdi
Bu körpünü keçən ilk insan olsa da, van Tonder üçün əsas məsələ birinci olmaq deyildi. “Dünyada hələ edilməmiş çox az şey qalıb. Belə bir işdə ilk olmaq, əlbəttə, xoş hissdir. Amma mənim üçün əsas olan başladığım işi sona çatdırmaq idi. Qarşımıza böyük və çətin bir məqsəd qoymuşduq və nəhayət, buna nail olduq”.
“Bu gün bir il ərzində çəkdiyimiz zəhmətin, altı ay davam edən hazırlığın və bu işə qoşulan hər kəsin əməyinin nəticəsini görürük. Bütün bunlar hələ də mənə bir az inanılmaz gəlir”.
Bəs bu təcrübə ona nə öyrətdi? Van Tonderin sözlərinə görə, ən vacib dərs təvazökar olmaq idi.
“Belə bir işə girişəndə təvazökar olmağı unutmamalısan”.

Bu hekayənin bir hissəsi

Red Bull Bridge Bars

High above the river of South Africa’s highest bridge, Thomas van Tonder faces an extraordinary test of strength and endurance as he takes on the challenge of conquering 600 monkey bars.

South Africa

Thomas van Tonder

South Africa's Thomas van Tonder has collected major titles, podium finishes and a Guinness World Record across a career built on obstacle course racing and incredible feats of endurance.

South AfricaSouth Africa