Videoya Baxmaq37 dəq.
FMX

Tom Pages həm FMX, həm də BASE sıçrayışını bir heyrətamiz cəhddə icra etdi.

Nəhəng uçurumdan tullanaraq "BASE jumping" sıçrayışını Double Frontfliplə birləşdirən ilk FMX sürücüsü. Tom Pages adlı bir Fransız əfsanəsi ilin sıçrayışını necə həyata keçirdiyindən danışır.
Paul Keith tərəfindən yazılıb
7 min read tarixində nəşr olunub
Bu, onu Ərəbistan körfəzindən Hind okeanına, dünyanın ən hündür körpüsündən Fransa Alp dağlarındakı başgicəlləndirici Avoriaz qayalarının zirvəsinə aparan ikiillik səyahət olub. Bu müddətdə o, bir neçə əsl "BASE jumping" əfsanəsi ilə işləyib.
Bəzi insanlar motokros-da sürür, bəziləri isə "BASE jumping" ilə məşğul olur. Lakin hər iki idman növü ilə məşğul olanların sayı azdır. FMX fəndlərini cəsarətli "BASE jumping" tullanmaları ilə birləşdirərək unikal kombinasiya yaradanların sayı isə lap azdır. Buna görə də çoxları üçün Tom Pages bir “İxtiraçı”dır.
Tom Pageslə yeni FMX və BASE jumping səviyyəyə keçid
Tom Pageslə yeni FMX və BASE jumping səviyyəyə keçid
Dünyanın ən böyük FMX yarışçılarından biri olan Tom Pages Fransa Alp dağlarındakı Portes du Soleil ərazisinin mərkəzində nəhəng bir qayanın zirvəsində ucalan Avoriaz xizək kurortuna baş çəkməli oldu. Orada o, hətta "Red Bull X-Fighters" Dünya Çempionunun “ömrünün ən böyük layihəsi” adlandırdığı ağlasığmaz dərəcədə çətin və təhlükəli FMX fəndinə cəhd etməli və nəticədə onu həyata keçirməli idi.
Pages deyir: "İdeya 2019-cu ilin yayında mərhum əfsanəvi Jetman və Soul Flyer Vince Reffet tərəfindən irəli sürüldü. Bu çox çılğın bir fikir idi. Biz bilirdik ki, motosikletlə "BASE jumping" tullanması artıq həyata keçirilib, lakin bu zaman heç kəs akrobatik hərəkət yerinə yetirməyib. Məhz buna görə də bu, bir başlanğıc nöqtəsi idi".
Yeganə yol... uçurumdur
Yeganə yol... uçurumdur

Dubay-da ilk cəhdlərim

Pages: "Layihənin başlanğıcında mən təxminən 200 dəfə paraşütlə tullandım. Lakin Vince bununla qane olmadı. O, "BASE jumping" tullanmalarımdan əvvəl mənim ən azı 300 cəhdimin olmasını istədi. Beləliklə, 2020-ci ilin əvvəlində mən Jetman təlim düşərgəsində Soul Flyers komandasına qoşulmaq üçün Dubaya uçdum. Bu yolla mən məşqlərimi Vince-nin nəzarəti altında edə biləcəkdim”, - deyir.
Xoşbəxt olmağım üçün yarışmağa və rəqabət aparmağa ehtiyacım yoxdur, bu kimi yeni layihələr icra etmək istəyirəm
Tom Pagès
Pages öz məşqlərini Soul Flyers-dən Fred Fugen-in təlimatları ilə edir
Pages öz məşqlərini Soul Flyers-dən Fred Fugen-in təlimatları ilə edir

Reunion adasında "BASE jumping" -in əsasları

O: "Dubaydan sonra mən Loik Jean-Albertlə görüşmək üçün Reunion adasına uçdum. O, Soul Flyers komandasının qurucularından biridir. Əslində, Vince və Fred Fugenə hər şeyi öyrədən məhz odur. Adadakı 10 günlük fasiləsiz məşqlərdə mən helikopterdən ilk "BASE jumping" tullanmalarımı həyata keçirdim.
Yerə endikdən sonra Tom Pages öz sevincini saxlaya bilmir
Yerə endikdən sonra Tom Pages öz sevincini saxlaya bilmir
"BASE Jumping"-ə gəldikdə, bu idman növü üçün körpü mükəmməldir. Çünki körpüdən tullanarkən heç bir divar və ya qaya ilə toqquşmaq ehtimalı olmur. Əsasən də paraşütü açarkən böyük bir dönmə etdiyin zaman. Məşqlərdə mümkün qədər müstəqil olmaq üçün mən paraşütün yığılma üsulunu öyrəndim. Öz paraşütümü özüm yığa bilirdim. İdeya bu idman növünü mükəmməlcəsinə mənimsəmək idi, çünki bunu yaxşı bacarmadan motosikletlə sınaq tullanışı həyata keçirə bilməyəcəkdim”, - deyir.

Dünyanın ən hündür körpüsündən tullanma

Pages: "Mən Fransada "BASE jumping"-in qabaqcıllarından biri olan Bras Noir, yəni Aurelien Chatard ilə məşq etməyə başladım. O, hər zaman Fredlə birlikdə tullanır. Fred mənim ümumi təlimlərimə rəhbərlik edirdi. Onlar məni növbəti öyrənmə mərhələsindən keçirdilər. Mən Fransanın cənubunda yerləşən dünyanın ən hündür körpüsündən, yəni Millau viadukundan tullanaraq BASE jumping məşqlərimə davam edirdim”, – deyir.
Bu da uçurum
Bu da uçurum
İdeya "BASE jumping" idman növünü mükəmməlcəsinə mənimsəmək idi, çünki bunu yaxşı bacarmadan motosikletlə sınaq tullanışı həyata keçirə bilməyəcəkdim
Tom Pagès
Tom Pages: “Bu, yalnız əsaslar idi. Mən hələ də hazır deyildim. Mən ən müxtəlif yerlərdən tullanmaqla bacarıqlarımı inkişaf etdirməliydim, çünki mən əsas sıçrayışımı harada həyata keçirəcəyimi və həmin sıçrayışdan sonra haraya enəcəyimi bilmirdim. Bir sözlə, mən bütün gözlənilən və gözlənilməyən hallara hazır olmalı idim.
Bildiyimiz kimi, paraşütlə tullanma zamanı yerə enmə adətən geniş düz sahələrdə baş verir. "BASE jumping" tullanmalarında isə enmələr bir qədər fərqli ərazilərdə olur. Bu ərazilər bəzən sıx, dar və əlçatmaz olur. Bütün bunları nəzərə alaraq mən qısa zamanda ən müxtəlif vəziyyətlərdə mümkün qədər çox məşq etməli idim. Və mən bunu etdim!”, - deyir.

Mükəmməl məkan

“Sıçrayış Fransada baş tutacaqdı. Sıçrayışın baş tuta biləcəyi yerlər siyahısında yalnız iki məkan var idi: Millau və Avoriaz. Biz ikinci yeri seçdik, oranın yalnız gözəl yer olduğuna görə deyil, həm də simvolik olduğuna görə. Belə ki, 80-cı illərdə kaskadyor Alain Prieur orada tullanmışdı. Oradakı komanda bizi səmimi qarşıladı və istəyimizi həyata keçirmək üçün bizə yol açdı.
Tom Pages tramplinin son yoxlamasını həyata keçirir.
Tom Pages tramplinin son yoxlamasını həyata keçirir.
Lakin yolumuzda hələ də bir neçə maneə var idi. Birincisi, eniş üçün mənim əvvəl planladığım kimi 150 deyil, cəmi 130 metr hündürlüyüm var idi. Bu o demək idi ki, enmə prosesi texniki cəhətdən çox mürəkkəb olacaqdı. Bundan əlavə, mənə havada qalma müddətimin uzun olmasını təmin edəcək təhlükəsiz bir tramplin lazım idi. Adətən, biz üç metr uzunluqlu tramplinlərlə işləyirik, buradakı tramplin isə yeddi metr uzunluqlu olmalı idi. Onu daşımaq və quraşdırmaq müəyyən çətinlik törədirdi. Qısa zamanda bütün bu məsələlər öz həllini tapmalı idi.
Bu uzunluqda tramplinlərdə motosikletin necə idarə olunacağı haqqında yaxşı təsəvvürüm olsa da, tramplinlərdə çox böyük sürətlə sürməyə öyrəşməmişəm. Hər şeyi yaxşı götür-qoy etməli idim. Sıçrayış zamanı səhvə yol verə bilməzdim. İstənilən ən xırda səhv belə həyatıma son qoyacaqdı”, - deyə o, söhbətinə davam edir.

Son hazırlıqlar

Pages: “Mən öz şəxsi təchizatımın üzərində çox çalışırdım. Bu, xüsusən də motosikletlə tullanmaya hazırlaşarkən köpük çənində aid idi. Bu elementin layihədəki yeri haqda mənim heç təsəvvürüm də yox idi. Qeyd edim ki, motosikletin eniş zamanı özünü necə aparacağı bizə məlum deyildi. Soul Flyers komandasının digər bir qurucusu Stefan Zunino oturacağa əlavə paraplan, yəni kvadrat paraşüt quraşdırdı. Eniş zamanı üst yapışqan paneli çıxarmaq və paraşütü işə salmaq üçün qayışlar əlimdə idi. Həmçinin bu qayışlar vasitəsilə mən enmə zamanı paraşüt açıldıqdan sonra motosikletə tarazlıq verməli idim. Hətta bütün bu hazırlıq işlərindən sonra belə biz motosikletin yerə hansı sürətlə enəcəyini bilmirdik.
Mən sürəti tənzimləmək üçün fəndsiz düz sıçrayış həyata keçirməli olub-olmadığını belə bilmirdim. Mən əvvəlcə Frontflip (ikiqat deyil) Double Grab etməyi planlayırdım. Bu zaman mən qayışları rahatca çəkə bilərdim. Lakin Avoriaz-a çatanda bütün planlarımın alt-üst olduğunu gördüm!”, - deyir.

Möhtəşəm gün

O deyir: “Həmin möhtəşəm gün ərazidə demək olar ki, 50 nəfər var idi. Uçurumun dibində qəza baş verdikdə və ya əlçatmaz yerə düşdüyüm zaman mənə kömək etməyə hazır olan xilasedicilər, motosikletin yığılmasını həyata keçirən heyət, çəkiliş qrupu, Avoriaz sakinləri və tramplinin qurulmasını icra edən qrup var idi.
Mən fəndsiz sıçrayış etdim. O, əla keçdi. Lakin ikinci cəhddə tramplində 80 km/saat sürətlə çıxanda anladım ki, motosikletim gözlənildiyindən daha sürətli hərəkət edir. Asan olmasa da, mən "Double Front Flip" hərəkətini icra etdim. Bu akrobatik hərəkəti icra edərkən mən paraşütün qayışını çəkmək üçün doğru məqam seçməli idim. Paraşütün qayışı mən başı aşağı olmadığım anda çəkilməli idi.
Tom Pages uçuşda
Tom Pages uçuşda
Növbəti gün mən daha bir cəhd etməli idim, lakin fikrimdən daşındım. Açığını desəm, mən özümü qorxutdum, çəkindirdim. Mən asudə vaxtımı sıçrayış haqqında düşüncələrə, gərilmiş əsəblərimin sakitləşdirilməsinə və bütün diqqətimin yalnız bir məqsəddə cəmləşdirilməsinə sərf etdim.
Ertəsi gün hər şey planlaşdırıldığı kimi getdi - hətta motosiklet üçün belə. Hər dəfə yerə enəndə onunla heç bir şey baş vermirdi, sağ-salamat olurdu. Əslində, evimin qarşısındakı çınqılın üstündə sürüldükdən sonra o daha pis vəziyyətdə olardı.
Mükəmməl nəticə – hibrid "FMX BASE jumping" sıçrayışını həyata keçirən Tom Pages
FMX BASE jumping
Mən bu layihə ilə fəxr edirəm. Öz idmanımda yeniliklər etməyi xoşlayıram, lakin anlamışam ki, onlar bir-birinə oxşayır və eyni hissləri bəxş edir. Bu isə tamamilə yenidir. İndi başa düşürəm ki, özümü xoşbəxt hiss etməyim üçün mənə yarışmaq və rəqabət aparmaq deyil, yeni-yeni layihələr qurmaq lazımdır. Mən bu layihənin ərsəyə gəlməsində iştirak etmiş Red Bull və The Soul Flyers komandalarına, eləcə də Avoriaz sakinlərinə və bir çox başqalarına öz minnətdarlığımı ifadə etmək istəyirəm”.