Videoya Baxmaq2 dəq.
Aerobatik Uçuş

Təyyarədə tunelin içərisindən keçmək

Dario Kosta adlı təyyarə sürücüsü Türkiyədə şənbə günü səhər saatlarında öz təyyarəsini 245 km/saat sürətilə idarə edərək avtomobil tunelinin içərisindən keçib.
Trish Medalen tərəfindən yazılıb
4 min read tarixində nəşr olunub
Bu hekayənin bir hissəsi

Dario Costa

A pilot obsessed with aerobatic flying, Italy's …

ItalyItaly
Profilə Baxmaq
Məşhur İtaliyalı peşəkar pilot-kaskader Dario Kostanın Türkiyə səhərləri qəhvə və çimərliklə deyil, Ginessin Dünya Rekordları kitabına düşən yeni rekordun vurulması ilə başlayıb. Özünün təkmilləşdirilmiş yarış təyyarəsi Zivko Edge 540-ın sükanının arxasında o, iki dar avtomobil tunelinin içərisində keçib. Bu zaman onun 245 km/saat sürətilə hərəkət edən təyyarəsi asfaltdan cəmi 1 metr aralı olub. Bir ildən artıq bir müddətdə aparılan hazırlıq işləri 44 saniyəlik uçuş və beş dünya rekordu ilə nəticələnmişdir.
Bu uçuşun əsas mürəkkəbliyi tuneldən yalnız bir çıxışın olmasıdır
Beton divarlar əhatəsində və zəif işıqlandırma şəraitində bu pilot birinci tunelin içərisində havaya saat 6:43-də qalxır. Tavan ilə təyyarə arasındakı məsafə kiçik olduğuna görə, tunelin hündürlüyü və formasındakı dəyişiklikləri nəzərə alaraq, eləcə də qanadların tunelin divarlarına çırpılmasının qarşısını alaraq o, öz təyyarəsi ilə asfaltdan cəmisi bir metr aralıda uçmalı olub. Qeyd edilməlidir ki, həmin tuneldə divarlar arşındakı məsafə cəmi dörd metr təşkil edir.
Təyyarənin havaya qalxmasından ikinci tuneldən çıxmasınadək uçuş müddəti 43.44 saniyə olub. Bu müddət ərzində gedilən məsafə 2,260 m, orta sürət isə 245 km/saat təşkil edib. Dəyişən hava cərəyanları və təyyarənin çox həssas idarəetmə mexanizmi pilotdan 250 millisaniyəyə yaxın yüksək reaksiya sürətini və millimetr dəqiqlikli əl hərəkətlərini tələb edib. Ən həyəcanlı anlar sürücünün tunellər arasındakı 360 metrlik məsafəni qət edərkən yan küləyin təsiri ilə mübarizə apararaq ikinci alçaq və dar tunelə riskli bir giriş etməyə hazırlaşanda yaşanıb.
Pilot Dario Kosta Ginnesin Rekord Sertifikatı ilə
Pilot Dario Kosta Ginnesin Rekord Sertifikatı ilə
Dario Kosta: "Hər şey çox tez baş verdi. Birinci tuneldən çıxdıqdan sonra küləyin təsiri ilə təyyarə sağ tərəfə sürüşməyə başladı və həmin an zaman mənim üçün sanki dayandı. Mən bu hala düzgün reaksiya göstərdim və diqqətimi təyyarənin doğru yola qaytarılmasına və ikinci tunelə düzgün daxil olmasına yönəltdim. Daha sonra zaman öz normal axınına davam etdi", - deyir.
Təyyarə ikinci tuneldən çıxdıqdan sonra yerə enməzdən əvvəl Kosta onu qələbə əhval-ruhiyyəsində fırladır. Bu cəsarətli pilot: "Həyatımda heç zaman təyyarə ilə tunelin içərisindən keçməmişdim. Bunu heç kəs heç zaman etməyib. Hər şeyin planlaşdırıldığı kimi gedəcəyini və ya yarana biləcək vəziyyətlə bağlı özümün qərar qəbul etməli olacağımı bilmirdim. Sonda məndə böyük bir rahatlıq hissi yarandı. Hazırda özümü çox xoşbəxt hiss edirəm. Bu xəyalı gerçəkləşdirməyimdən çox məmnunam”, - deyir.
Hər şey çox tez baş verdi.
41-yaşlı Dario Kostanın iyirmi illik pilot təcrübəsi var. 60-dan çox təyyarə modelində uçuşu mənimsəmiş bu sürücü ömrünün 5.000 saatdan çox hissəsini havada keçirmişdir. Italian Aerobatic Championship yarışının qalibi olan Kosta Red Bull Air Race yarışının Challenger sinfində iştirak edən və qalib gələn ilk italyan pilotu olub. İstanbul yaxınlığındakı ikili Çatalca tunelinin içərisindən bu sensasiyalı keçidi o, öz karyerasının ən çətin yarışı hesab edir. Bu uçuş 40-nəfərlik bir komandanı zəhməti və xüsusi hazırlanmış bir təlim proqramının tətbiqi sayəsində baş tutub..
Dario Kosta Dünya Rekordunun vurulması və içərisindən təyyarənin keçdiyi ən uzun tunel (1730 m) ilə bağlı rəsmi Ginnes sertifikatını əldə edib. Bundan əlavə, təyyarə ilə tunelin içərisindən ilk keçid, ən uzun bərk maneəli uçuş, təyyarə ilə iki ardıcıl tunelin içərisindən ilk keçid, tuneldə təyyarənin ilk dəfə havaya qalxması kimi digər dörd əhəmiyyətli nailiyyət də əldə olunub.
Kostanın müəllimi 65-yaşlı macar pilotu Peter Beşeney olub. Özünün Red Bull Air Race yarışmasındakı iştirakı ilə ad çıxarmış bu pilot Budapeştdəki Zəncirli Körpünün altından başı üstə keçən bir aviasiya əfsanəsidir.
Dario Kosta - təyyarədə tuneldən keçən ilk pilot
Dario Kosta - təyyarədə tuneldən keçən ilk pilot
Beşeney deyir: “Tunelin içərisində uçmaq qeyri-standart bir vəziyyətdir. Burada ən əsası düzgün psixoloji yanaşmadır. Uçuş zolağında mərkəzi düz xətt üzrə bir metrlik hündürlükdə uçmaq heç də çətin deyil. Lakin bunu zəif işıqlı tunellərdə etmək, eləcə də zəif işıqlı tunelin birindən işığa çıxmaq və digər zəif işıqlı tunelə girmək - bu tamamilə fərqli bir məsələdir. Üstəlik, uçuşa təsir edə biləcək hava dalğaları da, hava çuxurları da rast gələ bilər. Bu, psixoloji cəhətdən çox mürəkkəbdir, çünki yanlışlığa yol versən, tunelin sərt divarlarına çırpılacağını anlayırsan”.
Bu hekayənin bir hissəsi

Dario Costa

A pilot obsessed with aerobatic flying, Italy's …

ItalyItaly
Profilə Baxmaq