Molly Meech trains in Auckland, New Zealand on October 12, 2015
© Graeme Murray/Red Bull Content Pool
Weightlifting

Yeni başlayanların ağırlıq qaldırma haqqında bilməli olduğu 7 şey

Fitnesdə səviyyəni qaldırmaq üçün ağırlıq qaldırma məşqinə dair bu sadə məsələlərə diqqət yetir.
Isaac Williams tərəfindən yazılıb
dəq. oxuPublished on
Tamamilə başlanğıc səviyyədə olanlar üçün ağırlıq qaldırma məşqlərinin nəticələri çox ağır ola bilər. Yetərincə gücün olmasa, nələr baş verə bilər? Bəs həddən artıq güclü olsan, nələr baş verə bilər? Yaxşı… Əgər kənardan Hulk-a bənzəsən, nələr baş verərdi?
İlk öncə bir az aydınlıq gətirək. Çəkilərlə məşqin müddəti davamlılıq üçün çəkilərdən istifadə edən güc məşqlərinin növündən asılıdır. Bu çəki alətləri qantellər, çəki daşları və ya ştanqa ola bilər (və ya davamlılıq məşqləri üçün istifadə edilən başqa bir vasitə). Buraya çəki daşları ilə birlikdə həmçinin sənin öz bədən çəkin də daxil olur - qol, baldır, press və digər əzələləri nəzərə al.
Düzgün yanaşmanın olması atletik fəaliyyətdən tutmuş çəkini aşağı salmağa qədər hər nüansda insana kömək edə bilər. Elə barəsində xüsusi şəkildə danışacağımız ilk mövzu da faydalarla əlaqəlidir.

1. Hər kəs çəki alətləri ilə məşqdən faydalana bilər

Fərq etməz, istər sən dağ velosipedçisi ol, istər qayaya dırmaşan, istər sprinter, istərsə də açıq suda üzgüçü, çəki alətləri ilə edilən məşq səni daha fit, daha güclü və macəralar üçün daha hazırlıqlı vəziyyətə gətirib çıxarmağa köməklik göstərəcək.
Məsələ ilə əlaqədar olaraq fərdi məşqçi Joe Peat bu fikirləri səsləndirir: “Güc və fiziki hazırlıq məşqçiləri atletlərin hamısına çəki alətləri ilə məşqin texnikasını aydın şəkildə başa salır. Belə olan halda isə onlar öz idman növlərində daha effektiv fəaliyyət içində olurlar”.
O, xüsusilə qeyd edir ki, sadəcə çəkiləri qaldırmaq bütöv prosesin bir hissəsidir. Sənin çəki aləti məşqini etmə yolun da çox vacibdir. O, fikrini bu cür izah edir: “Güc və sürət arasında əlaqənin olduğunu unutmaq olmaz. Olimpiya oyunlarında yer alan ağırlıq qaldırma və uzunluğa tullanma idman növlərində atletlərin daha böyük fiziki gücə sahib olması tələb olunduğuna görə güc məşqçiləri əhəmiyyət kəsb edir. Yavaş məşq etsən, meydanda da ağır hərəkətlər edəcəksən. Sürətlə məşq etsən, daha güclü olacaqsan”.
“Mənim düşüncəmə görə burada ən vacib şey məşqi işlədiyim müştəri və ya atletə uyğun formada qurmaqdır. Bodibilder üçün çəki alətləri ilə məşqin atletik idman performansı yönündə olması heç də uyğun deyil. Burada sinə, çiyin və baldır əzələləri çox güclü və performans nöqteyi-nəzərindən yüksək səviyyədə olmalıdır. Atletik hərəkətlər ilə birlikdə ağırlıq qaldırmaq da bütün idman növlərində zədələrin azalmasına köməklik göstərir.”

2. Çəki alətləri ilə məşq etmək səni nəhəng və əzələli etməyəcək (əgər sənin belə bir məqsədin yoxdursa)

Athletes train in a different rep range to bodybuilders

Athletes train in a different rep range to bodybuilders

© Brett Hemmings / Red Bull Content Pool

İnsanların əksər hissəsi əzələlərinin həddən artıq böyüməsindən qorxduğu üçün ağırlıq qaldırma ilə bağlı olan fikirləri tamamilə kənara qoyurlar. Bodibilder və idman zalının canavarları heç də o böyük əzələləri yalnız məşq zalında “yatmaqla” qazanmırlar. Əzələlərin həddən artıq böyüməsi üçün kalori tələb olunur. Burada əsas prinsip odur ki, bədən məşq zamanı yanan kaloriləri bərpa etməli və yanan kalorilərdən daha çox kalorilər qəbul etməlidir. Elə bu səbəbdəndir ki, bodibilderlər heç vaxt əllərində yüksək keyfiyyətli proteinlə şeykersiz görünmürlər. Amma əgər sən sağlam şəkildə qidalansan və balanslı diyeta saxlaya bilsən (əmin olmalısan ki, sənin məşqdən sonra qəbul etdiyin qidada olan protein məşq zamanı itirdiyin proteindən artıq deyil), onda daha güclü və fit əzələ kütləsinə malik olarsan. Qidaya fikir versən, Hulk kimi görünməkdən qorxmaya bilərsən.
Güc və fiziki hazırıq məşqçisi olan Laura Hoggins qeyd edir: “Burada ağır çəkiləri qaldırmaqdan daha çox massa yığmaq böyük əhəmiyyət kəsb edir. Sən müntəzəm olaraq əzələ qrupları üzərində çalışmalı və bu səviyyəni sabit saxlamalı, düzgün qidalanma planı seçməli, kalori bərpa etməli, ölçüləri genişləndirmək üçün bədəni proteinlə zənginləşdirməlisən. Xüsusilə qadınlar üçün bodibilder kimi iri və nəhəng bir bədən quruluşuna sahib olmaq, həqiqətən, çox çətindir (inan mənə!)”.
Məşqin həcminin əzələlərin ölçüsünə böyük təsirinin olduğu fikrində olan Peat fikrini bu cür izah edir:
“Əgər məqsəd daha böyük bir bədən quruluşuna malik olmaq deyildirsə, onda birdən beşədək olan miqyasda gücün artırılması üçün məşqlər etmək faydalı olardı. Buna görə sadəcə Olimpiya oyunlarındakı ağırlıq qaldırma yarışlarına baxmaq kifayətdir. Bir çox hallarda 56 kq və 62 kq çəkiyə malik olan qızların bəziləri 138 kq və 153 kq çəkidə olan ağırlıqları qaldırmaqla dünya rekordunun altına öz imzalarını atırlar. Onlar bu çəkilərdən daha çox çəkilərlə işləyə bilirlər.”
“Atletlər bodibilderlərdən fərqli formada məşq edirlər: onlar güc məşqlərinin təkrar hərəkətlərini 1 ilə 5 təkrar arasında müəyyənləşdirir, daha ağır çəkilərlə işləyir, ümumilikdə sinir sistemi üzərində çalışır və tendonlarda güc formalaşdırır (əzələlərin ölçüsünü böyütmədən). Bodibilderlər isə normalda bir hərəkəti 1 ilə 12 təkrar arasında edir ki, bu da əzələnin ölçüsünü böyüdür.”

3. Ağırlıq qaldırma məşqləri güc ilə birlikdə, həmçinin, fitnes üçün də istifadə edilə bilər

Hətta əgər sən xüsusilə gücünü artırmaq barədə belə düşünmürsənsə belə, ağırlıq qaldırma məşqlərinin sənə faydası dəyə bilər. Əgər 20 dəqiqəlik qaçış və ya kardionun ənənəvi formaları içini qorxu və stress ilə doldurursa, fit vəziyyətdə qalmaq məqsədilə daha dinamik və həyəcanlı olmaq üçün çəki alətləri ilə işləyə bilərsən.
Peat qeyd edir: “Burada məşhur olan metod “gərgin məşq” (‘density training’) adlanır. Bu metod keçən əsrin tanınmış bodibilder məşqçisi olan Vince Gironde tərəfindən işlənib hazırlanmışdır. Bu şəxs yüksək həcmli çəki alətləri məşqi sessiyaları keçirir və məşq zamanı olan fasilə müddətini hər həftə azaldırdı. Onun effektiv hərəkət sistemlərindən biri 8 set x 8 təkrar. O, ilk həftə məşqlərə başlayarkən setlər arasında 60 saniyəlik fasilə ilə başlamağı, daha sonra keçən hər həftə üçün bu fasiləni 10 saniyə azaltmağı təklif edirdi. Onun elə tələbələri var idi ki, setlər arasında sadəcə 10 saniyə fasilə edərək hərəkətlərinə rahat şəkildə davam edirdi. Sən bütün setlər boyunca eyni çəki ilə işləməli, təkrarlar tamamlandıqdan sonra isə çəkini artıra bilərsən.”
Fitnesi inkişaf etdirmək üçün daha geniş yayılmış çəki alətləri ilə məşq metodu dövriyyə məşqi hesab olunur. Peat deyir: “Adətən bir dövriyyədə olan hərəkətlərin sayı 8 və 10 arasında dəyişir. Hər bir hərəkəti 1 dəqiqə et və hərəkətlər arasında da 30 saniyə fasilə et.”
Hoggins qəbul edir ki, dövriyyə məşqi metodu fitnesi inkişaf etdirməyin müfəssəl yolu ola bilər. Lakin gərgin məşq metodunda bütün sessiya boyunca ürək döyüntüsünün səviyyəsini yüksəkdə saxlamaq üçün kiçik fasilələrə xüsusi diqqət yetirilməlidir.

4. Çəki alətləri ilə məşq etmək sənin artıq çəkilərdən azad olmağına yardımçı ola bilər

Kardiofoblar üçün yaxşı xəbər ondan ibarətdir ki, çəki alətləri ilə məşq etmək qaçarkən, üzərkən və velosiped sürərəkən yandırdığın kaloridən daha çox kalori yandırır. Lakin pis xəbər ondan ibarətdir ki, sən işləmək üçün hazır vəziyyətə gəlməlisən.
“İnsanların əksəriyyəti formada qalmaq, bədəndə olan artıq yağları əritmək və əzələləri inkişaf etdirmək istəyir. Ağırlıq qaldırma bu hədəfə çatmaq üçün bəlkə də ən yaxşı yoldur.” deyə Peat qeyd edir.
“Bədəndə olan artıq yağları əritmək üçün sənə lazım olan şey kalori defisitinə nail olmaqdır. Buna görə də sən qidada qəbul etdiyin kaloridən daha çox kalorini məşqdə yandırmalısan. Kardio məşqləri sən məşq edərkən kaloriləri yandırır, lakin çəki alətləri ilə məşq edərkən sənin metabolizm dərəcən (RMR: fasilədə yanan kalorilər) və məşqsiz fəaliyyət termogenezisi (NEAT) artır. RMR və NEAT-ın artması gün boyunca daha böyük miqdarda kalorinin yanmağına səbəb olur.
“Kardio məşqləri ilə çox məşğul olmaq əzələnin zədələnməsinə və kövrəlməsinə gətirib çıxarır. Məhz buna görə oturub-durma, dedlift, pull-up, skamya press və sıxma press kimi mürəkkəb hərəkətlərdən də istifadə etmək vacibdir.” deyə o, fikrini tamamlayır.

5. Həcmi yavaş-yavaş artırmalısan

Yeni fitnes fəaliyyətləri kimi təhlükəsizliyin, davamlı inkişafın və çəki alətləri ilə işləyərkən dözümlülüyün təmin edilməsi üçün çəki alətləri ilə olan məşqləri vaxtında bir səviyyədən başqa səviyyəyə keçirmək olduqca vacibdir.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
Peat deyir: “Mən ilk dəfə məşqə gələn bir şəxsə həftədə 2 və ya 3 sessiyalıq çəki alətləri məşqləri təklif edərdim. Lakin daha sonra bu həcm artırıla bilər. Bu artım müştərinin, yəni məşq edən şəxsin yaşından da asılıdır. Belə ki, əgər müştəri heç vaxt zədəsi olmayan gənc biridirsə, onda həftədə 3 dəfə məşqlə başlaya bilərik. 50 yaşında olan və həyatı boyu heç vaxt çəki alətləri ilə məşq təcrübəsi dadmamış birisi bir az daha yavaş bağlanğıc edir. Tələsməyin heç bir mənası yoxdur. Buna heç səbəb də yoxdur!”
Hoggins də həmçinin öz növbəsində qeyd edir ki, kəmiyyətdən çox məşqin keyfiyyətinə fikir vermək lazımdır. O, deyir: “Yeni başlasaydım, məşqə həftədə 2 və ya 3 dəfə dözümlülüyün artırılması üçün məşqlərlə başlayardım. Sən əmin olmalısan ki, sessiyalar arasında bədəninə bərpa prosesi üçün lazım olan zamanı verirsən.”

6. Forma intensivlikdən daha vacib faktordur

Perfect your technique before adding extra weight

Perfect your technique before adding extra weight

© Zoran Milich/Getty Images)

Elə eyni qayda seçdiyin çəkilərə tətbiq olunur: əvvəlcə yüngül çəkilərlə işlə və özünü tam güclü, texniki cəhətdən tam hazırlıqlı şəkildə hiss etdikdə çəkiləri artır.
Hoggins fikrini bu cür əsaslandırır: “Forma və texnika intensivlikdən daha vacib meyarlar hesab olunur. Çəkilərin üzərində oynamazdan əvvəl əmin olmalısan ki, sən bütün hərəkətləri dəqiq və texniki nöqteyi-nəzərdən düzgün həyata keçirirsən. Çalış elə bir məşq zalı tap ki, orada professional fitnes təlimçisi olsun və sən ondan zədənin olub olmadığını, habelə məşq proqramına hər-hansı bir adaptasiya prosesinin gərək olub-olmadığını soruşa biləsən.”
Elə Peat də bu fikri öz təklifləri ilə təsdiqləyir: “Məşq səviyyəsinin və gərginliyin artırılmasında tələsmək qətiyyən lazım deyil. Ümumiyyətlə mən başlanğıc səviyyədə olanlarla 8 x 12 təkrar səviyyəsində başlayardım. Çünki çəkilər fərdin bir təkrarının maksimum 65%-i olacaq. Belə olan halda essentrik faza (çəkilərin azaldılması) yavaş və nəzarət altında olacaq (bəzi yerlərdə 3-4 saniyə aralığında). 3 x 4 məşq setləri daha yaxşı olardı.
“Bu həyatda istədiyin ən son şey bəlkə də çarpaz bağlarda ola biləcək zədədir. Məşqçilər kimi görməyə adət etdiyimiz şey məşq edən insanların bədənləri hazır olmadan ağır və ya özünə uyğun olmayan çəkilərlə özlərini yükləmələridir. Əgər sən liqament, tendon zədələri keçirmisənsə və ya oynaqlarına yük salmısansa, onda iki şeyi gözünün önünə al - 1 aylıq fasilə periodu və bahalı fizioterapiya çeki! Yavaş-yavaş məşq et, çəkiyə nəzarət et və hər həftə işlədiyin çəkinin üzərinə 1-2 kq çəki əlavə et, bundan əlavə təkrar yanaşmaların təkrarlama sayını artır və ya sadəcə çəkinin hansı tezlikdə qaldırıb endirdiyinə, çəkib buraxmağına diqqət yetir. Bütün bunlar inkişafa aparan yolda sənin ən yaxın dostlarındır!”
Hə, bir də unutmamalı olduğun bir şey var ki, sən Arnold Schwarzenegger deyilsən. Yəni burada sənə lazım olan daha effektiv nəticə əldə etmək məqsədilə məşqlərdə normal çəkilərlə işləməkdir. Normal çəki dediyimiz şey isə tamamilə subyektiv və nisbi anlayışdır.”
Hoggins fikrini tamamlayır: “Məşq etmək üçün seçdiyin çəki fərddən çox asılıdır. Sən elə bir məşq prosesindən keçməlisən ki, sanki çəki qaldırarkən bu təkrar yanaşma artıq sonuncu təkrar yanaşmalardır və bütün gücünlə tamamlamağa az qalıb.”

7. Öz dünyanı yaşa You’ve got this!

Həyatında ilk dəfə məşq zalına girən bir şəxs üçün həmin yer zaldan çox sanki izdihamın qarşısında yüksələn səhnəyə bənzəyir. Buna görə Hoggins bildirir ki, hər kəs bu yola bir yerdən baş qoyur. Heç kim doğuşdan əzələli və güclü deyil, hər kəs zəiflikdən güclü olmağa doğru addım atır. Və ən əsası sənin zalda nələr etdiyin, inan ki, heç kimin vecinə deyil.
“İçində olan o bərbad fikirləri, hissləri rədd elə, çəki alətləri ilə məşqin olduğu yerlərə gedərkən özünü tamamilə rahat hiss et və başını aşağı salıb məşqini tamamla” deyə sözə başlayan Hoggins fikrini bu cür tamamlayır: “Narahat olma, orada kiminsə sənə fikir verməyi mümkünsüz kimi bir şeydir. Onlar sadəcə özləri haqqında fikirləşirlər və qaldıracaqları çəkinin hesabını tuturlar. Buna görə də hamıdan böyük və ağır çəki qaldıra bilib-bilməmə barədə fikirləşmə. Yalnız məşqin haqqında və müəyyənləşdirdiyin hərəkətlər, yanaşmalar haqqında fikirləş.