Wings for Life World Run 2020-də nələr yaşanıb?© Markus Berger / Wings for Life World Run
Qaçış
Wings for Life World Run 2020-də nələr yaşanıb?
Wings for Life World Run 2021 minlərlə iştirakçı ilə Mayın 9-da başlayacaq. Qəlbləri vahid bir məqsəd ətrafında birləşdirən bu yarışın 2020-ci ildə necə keçdiyini xatırlayırıq.
Red Bull tərəfindən yazılıb
Yenilənib {tarix}} tarixində
Wings for Life World Run 2021 yarışının başlanmasına çox az vaxt qaldı. Mayın 9-da start veriləcək bu yarış xüsusi Wings for Life World Run tətbiqi sayəsində minlərlə iştirakçıya çatacaq. İndi isə biz 2020-ci ildə bu yarışda nələrin baş verdiyinə birlikdə nəzər salaq.
Ötən il App Run vasitəsilə təşkil edilən qaçışa 104 ölkənin və 171 müxtəlif xalqın ümumilikdə 77103 nümayəndəsi maraq göstərdi.
Wings for Life World Run 2020 proqramı çərçivəsində onurğa beyni iflicinin müalicəsi üçün aparılan araşdırmalara 2.8 milyon Avro ianə edilib. Yarışın ən gənc iştirakçısının 18, ən yaşlı iştirakçının 95 yaşı var idi. Bütün iştirakçılar ümumilikdə 924.960 km yol qət etdilər. Virtual yaxalama maşını bütün yarış iştirakçıların tutulmasına ümumilikdə 4 saat 11 dəqiqə sərf etdi. Fərdi App qaçışında Böyük Britaniyalı Michael Taylor və Rusiyalı Nina Zarina birinci oldu. Yarışı Michael Taylor 69.9 km, Nina Zarina isə 54.2 km ilə tamamladı.
Wings for Life World Run 2020: Anna Gasser və Clemens Millauer
Wings for Life World Run 2020: Anna Gasser və Clemens Millauer
Tarixin ən yaxşı qadın xizəkçisi Lindsey Vonn, Avstriyalı Alp xizəkçisi Marcel Hirscher, məşhur tennisçi Dominik Thiem, xizəklə tullanma əfsanəsi Polşalı Adam Malysz və bir çox digər tanınmış idmançı App Run ilə Wings for Life World Run 2020-yə qatılıb dəstək vermişdir.
Wings for Life World Run 2020-də iştirak edən idmançılar nə söyləyib?
Əfsanəvi idmançı Lindsey Vonn: "Wings for Life World Run-ın bu qədər insanı bir araya gətirməsi heyranedicidir. Bunun kimi başqa bir yarış yoxdur. Bu müddət ərzində bir çox idman tədbiri ləğv edilib, amma birlikdə həyata keçirəcəyimiz bir işin olması çox yaxşıdır".
Digər xizək əfsanəsi Marcel Hirscher öz düşüncələrini belə izah edib: "Bu tədbirin bir hissəsi olmaq çox qürurvericidir. App Run mənim üçün yeni və olduqca əyləncəli oldu. 77000 insanın eyni anda yarışa başlaması həqiqətən möhtəşəmdir".
Tennisdə dünya üçüncüsü Dominic Thiem: "Wings for Life World Run mükəmməldir. Çox dəyərli bir məqsəd üçün təşkil edilir. Əminəm ki, nə vaxtsa onurğa beyni iflicini müalicə etmək üçün bir yol tapılacaq. Həmin gün tarixin ən əhəmiyyətli günlərindən olacaq".söyledi?
Wings for Life World Run 2020-dən bəzi gözəl fotoları təqdim edirik:

Wings for Life World Run 2020 yarışının nəticələri:

Kişilər:
  1. Michael Taylor (GBR) 69.92 km
  2. Aron Anderson (SWE) 68.15 km
  3. Dariusz Nozynski (POL) 67.1 km
Qadınlar:
  1. Nina Zarina (RUS) 54.23 km
  2. Dominika Stelmach (POL) 51.25 km
  3. Martyna Kantor (POL) 50.38 km
Wings for Life World Run 2021 yenidən minlərlə insanı 9 May 2021-də xeyirxah bir iş üçün qaçışa dəvət edir. Wings for Life World Run tətbiqetməsini iOSAndroid üçün yükləyə bilərsən.
Qaçış · 1 dəq.
Wings for Life World Run tətbiqini yüklə
tarixində nəşr olunub