Məhsuldarlıq

Netvorkinq sahəsində necə peşəkar olmalı

© Beer5020/Shutterstock
Olya Qorbatkova tərəfindən yazılıb
Yeni tanış olan insanlar üçün bir neçə məsləhətimiz var.
Biz daha öncə Netvorkinq barəsində yazmışdıq. İndi isə biz bu təcrübəyə necə yanaşmalı olacağınızı deyəcəyik.
İlk baxışda hər şey çox sadə görünür: biri ilə tanış olursan, onun sənin üçün necə faydalı olacağına qərar verirsən, onun üçün nə dərəcədə faydalı olacağını özündən soruşursan, bunu bir neçə fərqli insanlarla təkrarlayırsan və sonda uğura qucaq açırsan!
Ünsiyyət qurmaq bacarığı
Ünsiyyət qurmaq bacarığı
Lakin reallıqda isə hər şey bir qədər çətin olur. Çünki bir şəxslə tanış olmazdan əvvəl həmin şəxsi axtarıb tapmaq məcburiyyətindəsən. Bunun üçün isə həmin şəxsləri harada axtarcağını yaxşı bilməlisən: inan ki, yoldan keçən birilərinə “onların arasından özüm üçün faydalı olacaq potensiallı insan tapa bilərəm” düşüncəsi ilə yanaşmayacaqsan. Belə bir şansın olmayacaq.
Yeni yoldaşlar, dostluqlar ictimai tədbir, forum, kurs və eyni maraqlar ətrafında təşkil olunmuş iclaslarda axtarıla bilər. Netvorkinq bir neçə məqsədlə planlaşdırıla bilər: məsələn, hobbi, maraqların nümayişi, ad günlər və s. Əsas məsələ isə ondan ibarətdir ki, sənin yeni dostlar tapmağın üçün ən azından bir əlaqə vasitən olmalıdır - və ümumi tədbir və ya hobbi bu cür vasitələrdən biri ola bilər.
Kursda tanışlıq
Kursda tanışlıq
Daha bir vacib məqam isə özünü yeni qazandığın insanlara necə tanıdacağındır. Danışıq zamanı fasilə və utancaqlıqdan qaçmaq üçün nə istədiyini əvvəlcədən düşün, özün haqqında danışmağa hazır ol və öz həmsöhbətindən hansı sualları soruşacağını fikirləş. Unutma ki, Netvorkinq zamanı hər iki istiqamətdə ünsiyyət qurulmalıdır. Belə ki, ilk danışıqda balansı qoruyub saxlamaq və həmsöhbətinə özünə ayırdığın vaxtdan daha az vaxt vermək çox vacibdir.
Əgər təbiətcə utancaq birisənsə və ya yad bir insanla danışığa başlamaq sənin üçün çətin məsələdirsə, bu təcrübəni dostların və qohumlarınla ünsiyyətə girərək qazanmağa çalış. Özün haqqında danışmağa başla və bunu sanki yad bir insanlar danışırmış kimi həyata keçir. Eyni zamanda səni ən çox çaşdıran məqamlara xüsusi diqqət yetirməyə çalış. Buna görə real həyatda yad bir insanla danışarkən, əvvəl belə bir təcrübədən az-çox faydalandığına görə səni nələrin gözlədiyindən xəbərdar olacaqsan.
Sosial şəbəkələr
Sosial şəbəkələr
Unutmadan son bir məsələni qeyd edək: biz sosial şəbəkələr və sürətli mesajlaşmanın tüğyan etdiyi bir əsrdə yaşayırıq. Məhz buna görə də, əlaqə vasitəsi istənildiyi zaman mobil nömrə əvəzinə Instagram hesabının keçidini təqdim etmək heç kim üçün təəccüblü olmamalıdır. Buna görə də, yeni insanların “ovuna” çıxdığın zaman sosial şəbəkənin məzmununu, paylaşımları gözdən keçirməyi unutma. Çünki, burada sənin mükəmməl şəkildə təqdim olunmağına əngəl törədən anlaşılmaz cəhət və problemli məsələlər ola bilər.
Uğurlu tanışlıqlar!