Texnologiya

Son illərə damğa vuran yeni ixtiralar

Sürətlə dəyişən dünyada gözdən qaçırdığımız dəyərli yeniliklər və ixtiralardan bir neçəsi ilə tanış ol.
Elçin Hüseynov tərəfindən yazılıb
3 min read tarixində nəşr olunub
Biz bilirik ki, inkişaf problemlər yaradırsa, bu problemləri həll etməyin yeganə yolu da yeni ixtiralar yaratmaqdır. Onlar həyatımızı asanlaşdırır, sağlamlıq problemlərinə çarə olur, işlərimizdə bizə kömək edirlər. İnsanlıq tarixinin ən sürətli inkişaf edən dövründə dünyamızın yeni ixtiralar sayəsində müsbətə doğru dəyişməsi isə hər birimizin maraqla gözlədiyi hadisələrdəndir. Gəlin həyatımızı asanlaşdırmaqda faydalı olacaq bu yeni ixtiralardan bir neçəsi ilə tanış olaq.

Sürücüsüz avtomobillər

Sürücüsüz avtomobillər

Sürücüsüz avtomobillər

© www.forbes.com

Sürücüsüz taksilərin gündəlik istifadə ediləcəyi dövrə sürətlə yaxınlaşırıq. Bir çox böyük texnologiya şirkətləri uzun müddətdir ki, sürücüsüz avtomobil prototipi üzərində işlər aparır. Görünür artıq bu sahədə çox böyük addımlar atılıb, hətta kaliforniyada sürücüsüz taksilərin test edilməsi prosesinə də başlanıb. Ötən illərdə “Amazon” tərəfindən 1.3 milyard dollara alınan “Zoox” startapının keçirdiyi sınaq, robotaksinin iki “Zoox” binası arasında uğurla hərəkət etdiyini göstərib. Bu sahədə işlər aparan digər böyük şirkət isə “Google”dır. “Waymo” adlı proyekti ilə şirkət, bu nəhəng bazarda öz yerini tutmaq üçün iddialı görünür.

Lifestraw

1000 litr suyu təmizləməyə qadir portativ su çəni

1000 litr suyu təmizləməyə qadir portativ su çəni

© sgbonline.com

“Time” jurnalı tərəfindən minilliyin ən böyük ixtiralarından birinə daxil edilən bu alət, içməli su problemi üçün inqilabi bir həll yolu gətirib. Bakterioloji və çirkli suyu içməli hala gətirən “Lifestraw”, istifadə müddətində min litr suyu təmizləməyə qadir portativ su çənidir. Bu isə bir insanın 1 illik içməli su ehtiyacını ödəməyə kifayət edir. Ən yaxşı tərəfi isə bu alətin işləmək üçün heç bir enerji tələb etməməsidir. Bu ixtira elə işləyir ki, cihazı suya batırmaq və digər tərəfdən inhalyasiya yolu ilə ağıza çəkmək kifayətdir. “Lifestraw” əsasən təbii fəlakətlər olan və içməli su ehtiyatı olmayan ərazilərdə su tələbatını ödəmək üçün geniş istifadə olunur.

“Ameca” robotu

Süni intellekti insan bədəninə bənzəyən sintetik bədənlə birləşdirir

Süni intellekti insan bədəninə bənzəyən sintetik bədənlə birləşdirir

© www.engineeredarts.co.uk

“Engineered Arts” tərəfindən yaradılmış, insana bənzər formada futuristik robot olan “Ameca”, süni intellekti insan bədəninə bənzəyən sintetik bədənlə birləşdirir. “Ameca” özünün qabaqcıl “Mesmer” texnologiyası ilə hamar qol və üz hərəkətləri, göz qırpmalar kimi insan davranışlarına qadirdir. “Ameca”nın dizaynı çoxsaylı Hollivud və Bollivud robot əsaslı filmlərindən təsirlənərək hazırlanıb. Onun ilkin tətbiqlərinə isə müştəri xidməti, məlumat terminalları və əyləncə daxildir.
Ameca robotu

Ameca robotu

© www.engineeredarts.co.uk

Rəngini dəyişən avtomobil (BMW IX Flow)

Bir toxunuşla avtomobilin rəngini dəyiş

Bir toxunuşla avtomobilin rəngini dəyiş

© www.bmw.com

Avtomobilinin rəngini əhvalına uyğun olaraq bir düymə ilə dəyişmək istəyərsən? “BMW” deyir ki, çox qısa müddətdə bu mümkün olacaq. Belə ki, son illərdə konsept avtomobillər üzərində yoxlanılan texnologiya uğurlu olmağa çox yaxındır və kütləvi istifadə üçün hazırlanacağı gözlənilir. Hazırda “BMW IX Flow” konsept avtomobili bu texnologiya sayəsində dərhal ağdan qaraya və əksinə dəyişə bilir. “BMW” bu inqilabi texnologiyaya "E-ink" adını verib.

Movano ring

Sağlamlığın qayğısına qalan üzük

Sağlamlığın qayğısına qalan üzük

© eviering.com

“Movano Ring” tamamilə yeni növ, rahat istifadə edilə bilən sağlamlıq texnologiyasıdır. Bu gözoxşayan üzük, istifadəçinin ürək döyüntüsünü, SpO2-ni, istehlak edilən kalorilərin sayını, atılan addımların sayını və daha çoxunu izləmək üçün nəzərdə tutulub. Daha sağlam həyat sürmək istəyən hər kəs, sağlamlığı haqqında məlumat toplamaq, yemək və həyat tərzi vərdişlərində qısa və ya uzunmüddətli dəyişikliklər etmək üçün üzükdən istifadə edə bilər.
Bu ixtiralar həyatımızı dəyişdirmək və dünyanı daha yaxşı bir yerə çevirmək potensialına malikdir. Gələcəkdə baş verəcək yeniliklərin bir çoxunu təsəvvür edə bilsək də, gözləmədiyimiz daha çox yeniliklərin olacağı da şübhəsizdir. Odur ki, gələcək parlaq imkanlarla dolu görünür.