BANKANIN İÇİNDƏ

Red Bull Sugarfree Tərkibi

Şəkərsiz qanadlar: Red Bull Sugarfree şəkərsiz Red Bull Enerji İçkisidir.

Kofein

Kofein təbii şəkildə 60-dan çox bitkidə vardır və qəhvə, çay və şokolad kimi bir çox qida məhsulların tərkibinə daxildir.

İnsan bədənində kofeinin əsas fəaliyyət sahələrindən biri onun koqnitiv funksiyalar üzərində stimullaşdırıcı təsiridir. Kofein konsentrasiyanı və həssaslığı artırmağa kömək edir.

BİLİRDİNMİ?

Red Bull Enerji İçkisinin bir 250 ml-lik bankasında 80 mq kofein var. Bu bir fincan kofedə olan kofeinin miqdarına bərabərdir.

  • Red Bull Energy Drink
  • 80 mqHƏR 250 ML-DƏ
  • Filterdən keçirilmiş qəhvə
  • ~113 mqHƏR 250 ML-DƏ
Previous cardNext card
Source: IFIC (2008 & 2015), EFSA (2015)

B-qrup vitaminləri

Vitaminlər bədənin normal funksiyalarını saxlamaq üçün lazım olan mikro-elementlərdir.

Vitaminlərin iki növü mövcuddur: yağda həll olan və suda həll olan vitaminlər. Red Bull-un tərkibinə suda həll olan vitaminlər daxildir. Suda həll olan vitaminlər yağda həll olanlar kimi insan bədənində çox saxlanılmır. Əvəzində, onlar qan plazması ilə dövr edir. Bədən tərəfindən istifadə olunmayan hissə çıxarılır. Red Bull-un tərkibinə suda həll olan B-qrup vitaminlər daxildir - niasinamid (vitamin B3), pantoten turşusu (vitamin B5), vitamin B6 və vitamin B12.

Bu B-qrup vitaminləri normal enerji verən metabolizmin formalaşmasına, belə ki, karbohidrat və zülalların yaradılması və parçalanmasına kömək edir, normal mental fəaliyyətə (pantotenik turşusu) və yorğunluğun azaldılmasına (niasin, pantoten turşusu, B6, B12) yardım edir.

Bundan başqa, B-qrup vitaminlər beyində mərkəzi funksiyanı yerinə yetirir. Onlar sinir sisteminin normal fəaliyyətinə kömək edir.

Sukraloza və asesulfam kalium

Sukraloza şəkərdən alınmış şirinləşdiricidir, buna görə də dadı şəkər kimidir. Sukraloza sintetik metodla istehsal olunur. Sukraloza içkilər, un məmulatları, dessertlər, süd məhsulları, konservləşdirilmiş məhsullar və siroplar daxil olmaqla müxtəlif məhsullarda istifadə olunur.

Sukraloza və asesulfam kalium dünyada ən çox sınaqdan keçirilən və istifadə olunan şəkər əvəzedicilərindəndir. Hər ikisinin əla təhlükəsizlik profili var. Müxtəlif elmi araşdırmalar bu maddələrin şirinləşdirici vasitə kimi istifadəsinin təhlükəsiz olduğunu göstərmişdir.

Bu şirinləşdiricilərin təhlükəsizliyi dünyanın hər yerindən olan tənzimləyici qurumlar (məs. ABŞ-da FDA) tərəfindən qiymətləndirilib. Sağlamlıq qurumları Avropa Qida Təhlükəsizlyi Təşkilatı (EFSA), Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi (FDA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və ÜST ilə birgə Qida Əlavələri üzrə Ekspert Komitəsi (JECFA) kimi müstəqil elmi məsləhət qurumlarının təhlükəsizliklə bağlı qiymələndirmələrinə əsaslanır.

Taurin

Taurin təbii olaraq insan bədənində əmələ gələn və gündəlik qida rasionunda iştirak edən amin turşusudur. O, geniş bioloji proseslərdə iştirak edir.

Taurin əzələ, beyin, ürək və qanda yüksək konsentrasiyalarda mövcuddur. 70 kq çəkisi olan insan bədən boyu paylanmış şəkildə təxminən 70 q taurinə malikdir. Başqa sözlə, 70 kq ağırlığında insanın bədənində təbii şəkildə Red Bull Enerji İçkisinin bir bankasında olan taurinin miqdarından 70 dəfə çox taurin vardır.

Taurin dəniz molyuskları, balıq, quş və körpə yeməkləri kimi bir çox qida məhsulların tərkibinə daxildir.

Bilirdinizmi?

İnsan bədənində 250 ml-lik "Red Bull" ilə müqayisədə 70 dəfə çox taurin var.

Source: IFIC (2008 & 2015), EFSA (2015)

Su

Su Red Bull-un əsas inqrediyentlərindən biridir.

Su Red Bull-un əsas inqrediyentlərindən biridir və bizim istehsal sahələrimizdə həmişə su mənbələrimizə yüksək keyfiyyət standartlarının tətbiq edilməsi təmin edilir.

Hər zövq üçün qanadlaaar.

Dəstək

Suallar və Cavablar

Suallar və Cavablar

ƏLAQƏ

Biz necə kömək edə bilərik?

Sualını Ver

Daha çox məlumat əldə et

PreviousNext