Red Bull Enerji İçkisi ehtiyacın olduğu vaxt qanadlandırııır. Onun əsas inqrediyentləri ilə zəngin unikal formulu peşəkar idmançılar, məşğul peşə sahibləri, tələbələr və səyyahlar tərəfindən yüksək qiymətləndirilir!
Red Bull Enerji İçkisi kofein, taurin, B qrupu vitaminləri, şəkər və su kimi yüksək keyfiyyətli inqrediyentlərə malikdir.
Hər 250 ml-lik banka 80 mq kofein, 4 əsas B qrupu vitamini (o cümlədən pantoten turşusu), 27 qram şəkər və taurin ehtiva edir.
Kofein diqqəti artırmağa və ayıqlığı yüksəltməyə kömək edir.
B qrupu vitaminləri (niasin, pantoten turşusu, B6, B12) yorğunluğun və halsızlığın azalmasına dəstək olur.
Şəkərlər, karbohidrat növü olaraq, bədən – o cümlədən beyin və əzələlər üçün enerji mənbəyidir.
Taurin, insan orqanizmində təbii şəkildə yaranan amin turşusudur və hüceyrə səviyyəsində su/elektrolit balansının tənzimlənməsi də daxil olmaqla bir sıra funksiyalarda iştirak edir.
Red Bull Enerji İçkisinin tərkibi haqqında daha çox öyrənmək üçün buraya kliklə → https://www.redbull.com/az-az/energydrink/products/red-bull-energy-drink-ingredients-list





